Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
510
16.09.2026, 14:26
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələr ilə bağlı sosial şəbəkədə paylaşılan video narazılığa səbəb olub.
Oxu24.com xəbər verir ki, videoda birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlədilib.
Belə ki, "TikTok" sosial şəbəkəsində "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələrini hədələyib, lazım gəldiyi təqdirdə onların üzlərinə fiziki xəsarət yetirəcəklərini bildiriblər.
Onlar qeyd ediblər ki, daha əvvəl də bu əməlləri törədiblər və aşağı kurs tələbələrinə "dərs vermək" üçün üzlərinə cızıqlar atıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı məlumatlıdırlar, hazırda bu istiqamətdə araşdırma aparılır.
Həmin videonun müəllifləri sonradan etdikləri müraciətdə görüntülərin düzgün təqdim edilmədiyini bildiriblər:
"Canlı yayımda keçən il olan söhbətlər edilirdi. O universitetdə keçən il nələr olduğu hamıya məlumdur. İndi hansı dövrdə yaşayırıq ki, kimsə-kiməsə təzyiq göstərsin. Əgər kimsə övladına düzgün tərbiyə verməyib, məktəbə, universitetə göndərir, övladı da kimisə təhqir edir, söyüş söyürsə, problem yaradırsa, təbii ki, lazımı qaydada cavabını alır. Canlıda bizə "sizə şram atarıq" deyildi, biz də cavab olaraq, "biz şram atarıq" dedik. Kim bizə şram ata bilər ki? Video da məhz həmin hissədən götürülüb paylaşılıb".
23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.