Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
314
16.09.2026, 12:29
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfəri ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq münasibətlərdə faktiki qəbulunun göstəricisi kimi qiymətləndirilə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, söhbət ayrı-ayrı şəxslərin şəxsi səfərindən deyil, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları təmsil edən diplomatik korpus nümayəndələrinin Azərbaycanın təşkil etdiyi səfərdə iştirakından gedir.
Oxu24.com xəbər verir ki,bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Burada mühüm məqam ondan ibarətdir ki, söhbət ayrı-ayrı şəxslərin şəxsi səfərindən deyil, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları təmsil edən diplomatik korpus nümayəndələrinin Azərbaycanın təşkil etdiyi səfərdə iştirakından gedir:
Bu baxımdan həmin səfərə qarşı Ermənistan daxilində etirazların səsləndirilməsi mübahisəni yenidən gündəmə gətirmək cəhdi kimi görünür. Səfərin özünün əsas mahiyyəti isə Qarabağda aparılan bərpa-quruculuq işləri, sosial-iqtisadi layihələr və mədəni irsin vəziyyəti ilə tanışlıq olub.
Burada əsas məsələ Ermənistan cəmiyyətinin etirazının özündən daha çox onun məzmunudur.
İstənilən cəmiyyətdə müxtəlif fikirlərin səsləndirilməsi mümkündür. Lakin xarici diplomatlara Azərbaycanın suveren ərazisinə səfər etdiklərinə görə təzyiq göstərilməsi və onların fəaliyyətinin hədəfə alınması başqa məsələdir.
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edirsə, onda bu prinsipin praktiki nəticələrinə də hörmət edilməlidir. Azərbaycanın ərazisində hansı diplomatik nümayəndənin hara səfər etməsi barədə qərarın İrəvanda müzakirə predmetinə çevrilməsi məhz bu ziddiyyəti ortaya qoyur".
Ən ciddi problem tarixi irsin siyasi alətə çevrilməsidir:
Burada sağlam yanaşma ondan ibarət olmalıdır ki, tarixi və mədəni irs siyasi mənsubiyyət uğrunda mübarizə alətinə çevrilməsin. Tarixi obyektlərin kimə məxsus olması məsələsi emosional bəyanatlarla deyil, arxeoloji, memarlıq, epiqrafik və digər elmi mənbələrin müqayisəli araşdırılması ilə öyrənilməlidir.
Eyni prinsip Azərbaycanın indiki Ermənistan ərazisindəki tarixi-mədəni irslə bağlı iddialara da tətbiq edilməlidir. Yəni bir tərəfin irsinin araşdırılmasını tələb edib, digər tərəfin irsi ilə bağlı məsələlərin müzakirəsini rədd etmək elmi yanaşma deyil.
Mədəni irsin qorunması məsələsi siyasi simpatiyadan asılı olmamalıdır. Hansı xalqın yaratmasından asılı olmayaraq, tarixi-mədəni abidələrin dağıdılması, mənimsənilməsi və ya məqsədli şəkildə tarixi kontekstdən çıxarılması beynəlxalq mədəni irsin qorunması prinsiplərinə zidd yanaşmadır.
Əgər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün tanındığı bəyan edilir, digər tərəfdən Azərbaycanın suveren ərazisinə səfər edən diplomatlara qarşı təzyiq kampaniyası aparılırsa, bu, təbii olaraq həmin mövqelərin ardıcıllığı barədə suallar yaradır.
00:42 / 27 Oktyabr 2026
91
00:00 / 27 Oktyabr 2026
81
23:43 / 26 Oktyabr 2026
107
23:30 / 26 Oktyabr 2026
84
23:16 / 26 Oktyabr 2026
98
23:08 / 26 Oktyabr 2026
86
22:58 / 26 Oktyabr 2026
96
22:56 / 26 Oktyabr 2026
93
22:51 / 26 Oktyabr 2026
81
22:34 / 26 Oktyabr 2026
534
22:30 / 26 Oktyabr 2026
89
22:11 / 26 Oktyabr 2026
94
22:11 / 26 Oktyabr 2026
80
22:04 / 26 Oktyabr 2026
99
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
81
21:53 / 26 Oktyabr 2026
244
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
87
21:30 / 26 Oktyabr 2026
92
21:05 / 26 Oktyabr 2026
1916
21:02 / 26 Oktyabr 2026
99
20:56 / 26 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.