Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1735
16.09.2026, 11:30
44 günlük Vətən müharibəsi iştirakçılarının əməkhaqqından tutulan gəlir vergisinə tətbiq edilən güzəştlə bağlı mühüm məqam açıqlanıb.
Oxu24.com xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müharibə veteranı statusu sonradan rəsmiləşdirilən şəxsin əvvəlki dövrlərdə ödədiyi gəlir vergisinin güzəşt əsasında yenidən hesablanmasının mümkün olduğunu bildirib.
Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Marqarita pizza
Dövlət Vergi Xidmətinin açıqlamasına görə, güzəştdən yararlanmaq üçün müharibə veteranı statusunu təsdiq edən müvafiq sənəd şəxsin əsas iş yerinə təqdim edilməlidir.
Əsas məqam isə ondan ibarətdir ki, sənədin iş yerinə hansı tarixdə təqdim edilməsindən asılı olmayaraq, güzəşt statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Yəni şəxsin müharibə veteranı statusu 2022-ci il yanvarın 1-dən qüvvəyə minib, lakin təsdiqedici sənəd sonradan təqdim edilibsə, həmin tarixdən etibarən vergi güzəşti hesablanmalıdır.
Bu halda əvvəlki dövrlərdə əməkhaqqından güzəşt nəzərə alınmadan tutulmuş gəlir vergisinin yenidən hesablanması məsələsi yarana bilər. Bunun üçün şəxsin əsas iş yerinin mühasibatlıq şöbəsinə müraciət etməsi tövsiyə olunur.
Dövlət Vergi Xidməti həmçinin bildirib ki, müharibə veteranlarının muzdlu işdən əldə etdikləri gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə azadolma tətbiqi qanunvericilikdə nəzərdə tutulmayıb.
Məsələ Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə tənzimlənir.(Yenisabah)
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.