Azərbaycanda qadınların olduğu avtobus aşdı: Xeyli sayda yaralı var -ADLAR
15 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2029
16.09.2026, 10:43
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik “rahatlıq planı” açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiya kapitalına əlçatanlıq kimi istiqamətlər daxildir. N.Cəfərli iddia edir ki, bu addımlar ilin sonuna qədər atılsa, ölkəmiz iqtisadi daralma burulğanından çıxa bilər.
İlin sonuna kimi bu cür böyük qərarların verilməsi mümkündür? Bunlar real təklifdir? Bir neçə aya dövlət eyni anda belə qərarlar verə bilərmi?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc quru sərhədlərin açılmasının texniki baxımdan mümkün olsa da, praktiki formada hazırda imkansız olduğunu deyib.
“Xüsusi karantin rejimi 1 oktyabr 2026-cı ilədək uzadılıb və bu müddətin yenidən uzadılması gözlənilir. Bunun bir neçə səbəbi var. Hesab edirəm ki, bölgədə stabillik, sülh və əmin-amanlıq tam bərpa olunana qədər bu proses davam edəcək. Uşaqpuluya gəlincə, bu, iqtisadi aktivliyə kifayət qədər müsbət təsir göstərə bilər. Lakin ölkə iqtisadiyyatının aktivləşdirilməsi, əlavə investisiyaların cəlb olunması təmin edilmədən, mövcud büdcə imkanları hesabına uşaqpulunun verilməsi və məbləğinin artırılması ciddi problemlərə səbəb olacaq. Bir neçə ay bu ödənişi həyata keçirmək mümkündür, lakin sonrakı mərhələdə büdcədə ciddi kəsirlər və problemlər yarana bilər”, - ekspert əlavə edib.
AQC sədri bildirib ki, uşaqpulunun verilməsi ilə bağlı qərar qəbul edilənədək müəyyən addımların atılması vacibdir:
“Dövlət qurumlarının birləşdirilməsi, onların xərclərinin azaldılması, regionlarda vahid idarəetmə sisteminin yaradılması, rayonlar üzrə inzibati bölgü sisteminin dəyişdirilməsi, vəzifələrin və paralel strukturların sayının azaldılması kimi tədbirlər görülməlidir. Azərbaycan ərazisi bu qədər çox rayonun saxlanılmasını zəruri edəcək qədər böyük deyil. Ölkə başçısı bu istiqamətdə kifayət qədər islahatçı addımlar atıb və bundan sonra da belə addımların atılacağı gözlənilir. Lakin bütün bu proseslərin ilin sonuna qədər yekunlaşdırılması mümkünsüzdür. KOB-lara güzəştlərə gəlincə, ƏDV üzrə məcburi qeydiyyat həddi hazırda 200 min manatdır. Kiçik və orta biznesin inkişafı üçün bunun 500 min manata qədər artırılmasını təklif etmişik. Vergi və kredit güzəştləri, yoxlama və inzibati prosedurlarla bağlı güzəştlər də iqtisadi aktivliyi artıra bilər”.
İqtisadçı qeyd edib ki, pensiya kapitalına əlçatanlıq məsələsi isə mübahisəlidir:
“Hesab edirəm ki, müəyyən hallarda vətəndaşlara pensiya kapitalından istifadə imkanı verilməsi məqsədəuyğundur. Məsələn, ilk dəfə ev alanlar və ya ciddi xəstəliyi olan şəxslər müalicə məqsədilə bu vəsaitdən istifadə edə bilərlər. Bundan əlavə, pensiya kapitalının ipoteka kreditləşməsində, ev alqı-satqısı zamanı ipoteka fonduna yönəldilməsi də müsbət nəticə verər. Natiq Cəfərli çox ciddi iqtisadçılardan biridir. Lakin burada bir məqamı nəzərdən qaçırıb. Söhbət 500 mindən artıq evin sənədsiz olması məsələsindən gedir. Bu istiqamətdə addımlar atılaraq həmin evlər sənədləşdirilsə, onlar miras kimi ötürülə, alqı-satqı predmeti, ipoteka və kredit təminatı, qiymətləndirmə və sığorta obyekti ola bilər. Bu isə ölkədə ciddi iqtisadi aktivlik yarada bilər. Fikrimcə, ölkənin iqtisadi aktivliyini təmin etmək üçün beş addım kifayət deyil. Daha ciddi və kompleks proqram lazımdır. Həmin proqramı yaxın zamanda açıqlayacağıq”.
17:43 / 15 Noyabr 2026
1
17:16 / 15 Noyabr 2026
209
17:12 / 15 Noyabr 2026
725
17:09 / 15 Noyabr 2026
62
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
106
15:15 / 15 Noyabr 2026
115
14:47 / 15 Noyabr 2026
159
14:34 / 15 Noyabr 2026
327
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
111
14:02 / 15 Noyabr 2026
454
13:27 / 15 Noyabr 2026
336
12:55 / 15 Noyabr 2026
1619
12:36 / 15 Noyabr 2026
374
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
144
11:52 / 15 Noyabr 2026
220
11:43 / 15 Noyabr 2026
146
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
11:10 / 15 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.