Anar Bayramov onları da vəzifədən azad etdi - Fotolar
15 Sentyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
74
15.09.2026, 20:04
Ötən həftə İqtisadi Şuranın baş nazirin sədrliyi ilə keçirilən iclasında 2027-ci ilin büdcə və iqtisadi proqnozları müzakirə edilsə də, ilkin göstəricilər, başqa sözlə desəm, nəzərdə tutulan rəqəmlər və planlar barədə hələ ki heç nə bəlli deyil. Yəni gələn il ərzində 6-cı sosial islahat paketinin icra olunub-olunmayacağı naməlumdur.
Qeyd edim ki, sonuncu - 5-ci sosial islahat paketi keçən il - 2025-ci ildə icra edilmişdi. 1-ci paket isə 2019-cu ildə həyata keçirilmişdi. Söhbət maaş, pensiya, sosial müavinət və təqaüdlərin artırılmasından gedir.
Bəli, real olaraq ölkə üzrə əhalinin nominal gəlirləri ilə orta aylıq nominal əməkhaqqının artım göstəricisi pis deyil. Cari ilin ilk 8 ayı ərzində ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% artaraq 63 milyard 511,3 milyon manat olub. Orta aylıq nominal əməkhaqqına gəldikdə isə ilin yanvar-iyul aylarında muzdla çalışan işçilər üzrə bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 1 176,7 manat təşkil edib. pizza
Göstərilən müddətdə ölkədə orta illik inflyasiya səviyyəsi isə həm yanvar-iyul, həm də yanvar-avqust aylarında 5,7% təşkil edib. Yəni nominal gəlirlər ilə orta aylıq əməkhaqqı üzrə artım sürəti inflyasiyanı üstələyib.
Ancaq burada bəzi nüanslar var. O da bundan ibarətdir ki, əvvəlki şərhlərimdə də yazdığım kimi, nominal gəlirlər ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pul gəlirlərinin cəmi hesab olunur və hamını əhatə edir. Orta aylıq nominal əməkhaqqı isə rəsmi əmək müqaviləsi ilə muzdla çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsi ilə müəyyənləşdirilən göstərici sayılır. Odur ki, nominal gəlirlərin artım tempi inflyasiyanı 3,7 faiz bəndi üstələdiyi halda, orta aylıq nominal əməkhaqqı üzrə bu rəqəm 1,5 faiz bəndi təşkil edir.
Üstəlik, cari ilin yanvar-avqust aylarının göstəricilərinə əsasən, ölkəmizdə inflyasiyanın əsas hərəkətverici faktoru rolunda ərzaq və qida məhsulları çıxış edir ki, bu sahədə bahalaşma ümumi inflyasiya həddini üstələyir. Qeyd olunan müddətdə ərzaq məhsulları, alkoqollu içkilər və tütün 6,9% artım nümayiş etdirib. Qeyri-ərzaq məhsulları üzrə bu rəqəm 3,7%, ödənişli xidmətlərdə isə 5,6% təşkil edib.
Bu da o deməkdir ki, nominal gəlirlərin artım tempi ərzağın bahalaşması səviyyəsini 2,5 faiz bəndi üstələdiyi halda, orta aylıq nominal əməkhaqqının artım tempi onu cəmi 0,3 faiz bəndi üstələyir. Odur ki, ərzaq inflyasiyasına görə gələn il ərzində 6-cı sosial islahat paketinə əslində çox ciddi ehtiyac var.
Bəs belə bir paketin icrasına imkan varmı?! Bəli, var... Buna ən azı 2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında çox yüksək müsbət dinamika əsas yaradır. Maliyyə Nazirliyinin hesablamasına əsasən, 2026-cı il üzrə dövlət büdcəsinin gəlirləri 756 milyon manat çox, xərcləri isə 841 milyon manat az yerinə yetiriləcək. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsiri yarıbayarı azalaraq 1 milyard 497,6 milyon manat təşkil edəcək.
Sözün qısası, rəqəmlər hələ açıqlanmasa da, 2027-ci ildə maaş, pensiya, sosial müavinət və təqaüdlərin artırılacağı tamamilə real görünür. O baxımdan ki, birincisi, buna sabit inflyasiya şəraiti zəmin yaradır, ikincisi, qeyd etdiyim kimi, cari il üzrə büdcənin uğurlu icrası, üçüncüsü isə istehlak səbətində qida xərclərinin payının böyüklüyü, ərzaq inflyasiyasının əhali tərəfindən daha çox hiss edilməsidir...
Pərviz Heydərov
Oxu.az
20:43 / 15 Sentyabr 2026
1
20:30 / 15 Sentyabr 2026
28
20:27 / 15 Sentyabr 2026
25
20:02 / 15 Sentyabr 2026
57
19:29 / 15 Sentyabr 2026
62
19:15 / 15 Sentyabr 2026
68
19:15 / 15 Sentyabr 2026
70
19:15 / 15 Sentyabr 2026
71
19:13 / 15 Sentyabr 2026
68
19:12 / 15 Sentyabr 2026
68
19:10 / 15 Sentyabr 2026
183
19:10 / 15 Sentyabr 2026
195
19:05 / 15 Sentyabr 2026
153
19:00 / 15 Sentyabr 2026
74
19:00 / 15 Sentyabr 2026
82
18:55 / 15 Sentyabr 2026
167
18:45 / 15 Sentyabr 2026
105
18:41 / 15 Sentyabr 2026
156
18:29 / 15 Sentyabr 2026
85
18:25 / 15 Sentyabr 2026
212
18:18 / 15 Sentyabr 2026
128
18:17 / 15 Sentyabr 2026
503
18:10 / 15 Sentyabr 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.