Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
15.09.2026, 19:13
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verilən qiymətə görə təşəkkür edib.
Oxu24.com-un məlumatına görə, o, bu barədə sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən danışıb.
Allahşükür Paşazadə deyib ki, Azərbaycan çiçəklənir, İlham Əliyevin rəhbərliyi ilə dünyada zirvələri fəth edir:
"Sizin rəhbərliyinizlə suverenliyimizin, ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi bizim üçün böyük ərməğan olub. Biz onu ancaq röyalarımızda görürdük, fikirləşirdik. Amma həyatda Allah-taala mənə nəsib etdi. Çünki bəzi adamlar var idi, deyirdilər ki, bu, ola bilməz, biz buna inanmırıq. Amma əlhəmdülillah, sizin rəhbərliyinizlə, siyasətinizlə, apardığınız həm daxili, həm xarici siyasət, həm xalqın birliyi ilə qələbə qazandıq, zəfər qazandıq".
Şeyxülislam dövlət başçısının onun qarşısında daha böyük vəzifələr qoyduğunu da bildirib:
"Verdiyiniz bu qiymətə görə mən imkan daxilində həyatımda əlimdən gələni edəcəyəm ki, gələcəkdə də İslam dünyasında, dinlər arasında münasibətləri, qardaşlıq münasibətlərini, bir də ki, Azərbaycanın İslam həmrəyliyini, tolerantlığını bütün dünyada yaya bilim və çatdıra bilim".
21:07 / 15 Noyabr 2026
282
20:58 / 15 Noyabr 2026
237
20:55 / 15 Noyabr 2026
83
20:44 / 15 Noyabr 2026
162
20:39 / 15 Noyabr 2026
85
20:30 / 15 Noyabr 2026
104
20:09 / 15 Noyabr 2026
309
19:51 / 15 Noyabr 2026
340
19:37 / 15 Noyabr 2026
113
19:17 / 15 Noyabr 2026
123
19:09 / 15 Noyabr 2026
114
18:40 / 15 Noyabr 2026
131
18:05 / 15 Noyabr 2026
144
17:53 / 15 Noyabr 2026
1913
17:43 / 15 Noyabr 2026
771
17:16 / 15 Noyabr 2026
653
17:12 / 15 Noyabr 2026
3719
17:09 / 15 Noyabr 2026
122
15:50 / 15 Noyabr 2026
133
15:25 / 15 Noyabr 2026
170
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
424
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.