5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
292
15.09.2026, 17:38
Həyati düşüncənin könül duyumu insan hisslərinin həyat uzlaşısını yaradır.
Ağrı-acının başlanğıcı ilə sonu eynidirmi?!.
Nə olur - olsun könül dünyasının iç üzünün açılımı, ruhun aynasında öz kreativliyini saxlayır.
Əlisəmid Kür ün lirikasının həyat duyğusallığı öz həyati-ruhi düşünərliyi ilə yadda saxlayır həyatın özünüdərkini.
Şairin Söz dünyasının həyat mövzusu, insan acılarını başlanğıc üzü ilə , son saatını ələ almaqdır
Şairin:- #Adam cibindən üşüyər" şerinin ideya məfkurəsi həyatın mənəvi-əxlaqi dünyasını öz ağuşuna alır.
..
Nə baxırsan:- "yoxsul, - "Bəy"ə?
Nə gülürsən:- bu "kişi"yə?
"Ağac, - içindən, "oyular",
"Adam:- "cibindən üşüyər"!
....
Xalq hafizəsi, həyatln "qaraqutus"dur.
Həyat hikmətinin sirri, duyğuların dili ilə söylənilən fikrin həqiqət üzünün duyumudur
Düşüncənin həyat həqiqətlərinin bəyanı, fikrin aqlünativliyini bəlli edir.
Əlisəmid Kür ün lirikasının həyati tutumu, düşüncənin həyat məntiqini tamamlaması ilə yadda saxlayır həyatın məna dərinliyini.
...
"Pul əl çirkidi!":- Yalandı ?!
Malın verən,"can"ın verər.
Ağac içindən "sıyrılar",
"Adam:- "can"ından, çürüyər!"
....
Həyat dərdlərinin həlli, insan ağlının alqoritmasını üzə çıxardır.
Hissi və idraki düşünərliyin ruhi-mənəvi dünyası, bəşəri idealların real mənzərəsini seyr etdirir insana.
Qəlbin səsini dinləmək, duyğuların ruh halının sağlam məntiqə əsaslanmasını təlqin edir ,"həyat insanı"na.
Əlisəmid Kür ün lirikasının kövrək duyğularla yüklənməsi, həyat nisgillərinin həyati-fəlsəfiliyini dərk etdirir sevənlərə.
....
"Kasıb" , qəribdi Vətəndə,
Qalıb yollarda:- "tövsüyür".
Adam: - "can"ından, "sıyrılır",
"Adam:- "cibindən, üşüyər!"
....
İctimai fikrin manipulyasiyası, insanın əməllərinin qayəsini üzə çıxardır..
Həyat hikmətinin dərki, insanın özünüdərkinə yol açan hisslərin aydınlığını kəşf etdirir insana.
Qayğılarıın həyat hesabına yatan incə duyğuların könül dili, Sözün əsl məna yükünü oxucuya çatdırır.
Əlisəmid Kür ün poeziyası öz həyati doğmalığı ilə qarşılaşdırır insanoğlunun həyat rasionallığını.
Şairin poeziyasının mənəvi duyarlılığına olan inam, həmişə insanlığın yaşam döngüsünə aydınlıq gətirir.
Allah rəhmət etsin Əlisəmid Kürə !
...
PS.
Əlisəmid Kür yaşasaydı ,yetmiş iki yaşını tamamlayacaqdı,2026-cı ildə!
Şairi yaşadan isə onun yazıb-yaratdığı həyat əsərləridir.
Ruhu şad olsun, məkanı cənnət!
....
Hörmətlə:
Filoloq, Nəsib Abid
13 sentyabr 2026-ci il.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.