5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
305
15.09.2026, 12:42
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qarşılaşdığı halla bağlı paylaşım edib.
Oxu24.com xəbər verir ki,Rəşad Məcid ona gələn naməlum zəngin sonradan fırıldaqçı bir şəxs olduğu üzə çıxıb.
"İki həftə əvvəl Bill Qeytsin Süni İntellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşmışdım.
Dünən isə özüm bu inandırıcı fırıldaqçılığın şahidi oldum.
Əvvəl nazir müavinindən mesaj gəlir - normal nömrədən, ad-soyadı, şəkli də yerində.
“Salam, Rəşad müəllim, necəsiz?”
Hal-əhvaldan sonra deyirəm, zəng vurum, deyir, tədbirdəyəm, danışa bilmirəm. O yazır, mən cavablandırıram. Sonra deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, mədəni insandır, görüşün onunla.
Bir az keçir, “Akbar Azizov” yazılı normal nömrədən zəng gəlir. Rusca danışır. Deyir, filankəs müəllim sizinlə danışıb? Görüşmək lazımdır.
Deyirəm, indi tədbirdəyəm, saat 4-ə bitər yəqin.
Saat 4-də zəng edirəm, cavab vermir.
Sonra özü zəng edir. Bu gün məşğulam, sabah zəng edərəm, - deyir.
Açığı, dalağı sancan, şübhələnməyə əsas verən bir neçə məqam olsa da, nömrələrin inandırıcılığı üstün gəldi.
Axşam bir tədbirdə millət vəkilləri ilə görüşürəm. Söz düşür, sən demə, onlara da parlament rəhbərliyinin adından, rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər gəlir və s.
Bill Qeytsin inandırıcı fırıldaqçılarla bağlı xəbərdarlığı çox çəkmədi, gerçəkləşdi.
İndi gözləyirəm, görüm kapitan Əzizov Əkbər Rafiq oğlu nə zaman zəng edəcək?
Belə başa düşürəm, bu, hələ başlanğıcdır. Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq.
İctimailəşdirirəm ki, hələ belə hallarla üzləşməyənlər də hazırlıqlı olsunlar",-deyə R.Məcid fikrini yekunlaşdırıb.
Nigar
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.