5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
326
15.09.2026, 12:13
15 sentyabr ərəfəsində, (xüsusilə sosial şəbəkələrdə!) qəribə bir ajiotaj yaradılmaqdadır… Əlbəttə, dərs ilinin ilk günü təbii ki, qələbəlik olacaq. Çünki tələbələr, uşaqlar məktəblərə gedəcək. Kiçik yaşlı məktəblilər isə böyüklərin müşayiəti ilə. Birinci günün özünəməxsus təntənələri, ilk zəng tədbirləri öz yerində. Bir tərəfdən də metronun Nizami-28 may stansiyaları ərrafında yaranmış yeni vəziyyət, bu xətt üzrə hərəkət edən qatarları kompensasiya edən avtobusların prosesə öyrənməsi…
Oxu24.com xəbər verir ki,bu sözləri sosial şəbəkə hesablarında əməkdar jurnalist Mirşahin Ağayev paylaşıb.
"Bunlar müəyyən vaxt tələb edir. Üstəlik gündəlik tıxac mənzərələri, nəqliyyat sıxlığı-bir sözlə meqapolis qayğılarının yeni dalğası. Və bütün bu faktları rəqəmsal platformalarda ikiyə, üçə vurmaqla sosial şəbəkələrdə süni həyəcan mühiti yaradan “pioner”-istifadəçilərin sayəsində sabahı narahat açmağa hazırlaşan sakinlərin təbii nigaranlığı. Əslində isə sabaha daha soyuqqanlı yanaşmaq, dərs ilinin ilk gününə adi qaydada tədarük görmək daha faydalı olardı. Xüsusi vəziyyət, fövqəladə hal yoxdur. Sadəcə olaraq bəzi səbəbləri nəzərə almalıyıq-ajiotaja səbəb olmaq əvəzinə, bəlkə daha çevik, daha sərvaxt olmaq, evdən başqa günlərlə müqayisədə daha erkən çıxmaq, şəxsi avtomobildən müəyyən müddətə mümkün qədər az istifadə etmək lazıımdır. (Bir az əvvəl o da elan edildi ki, Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları və bu təmayüllü hüquqi şəxslərdə sentyabrın 15-dən başlayaraq 2 ay müddətində dəyişkən iş qrafiki tətbiq olunacaq). Unutmayaq ki, 15 sentyabr həm də bayramdır: dərs, təhsil, məktəb bayramı. Gəlin yeni dərs İlinə, necə deyərlər, qarşılıqlı anlaşma ilə başlayaq. Özümüzü ifrat psixoloji yükləməyək, hər şey yaxşı olacaq! Qarabağda, Şərqi Zəngəzurda başlayacağı ilk dərs günü ilə öz şəxsi tarixini yazacaq insanlarımızı xüsusi təbrik edək. Azad, müstəqil, ərazi bütövlüyünü bərpa, dövlət suverenliyini təmin etmiş ölkənin övladlarının başıuca himnlə dərsə başlamasından əzəmətli nə ola bilər axı? Hamımızın məktəbi mübarək! Təhsil məktəbindən şəhadət məktəbinə qədər: HAMININ!",-deyə M.Ağayev qeyd edib.
Jalə
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.