5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
15.09.2026, 12:30
Sentyabrın 15-də Qarabağda yeni tədris ilinin başlanması – Bilik Günü münasibətilə ümumtəhsil məktəblərində tədbirlər keçirilib.
Oxu24.com xəbər verir ki, Kəlbəcər şəhərində Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə ilk dərs günü böyük sevinc və həyəcanla qarşılanıb. Bu il məktəbdə 121 şagird Kəlbəcərdə təhsilini davam etdirəcək.
Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında da Bilik Günü ilə bağlı tədbirlər təşkil olunub.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə bu il birinci sinfə 110 şagird qəbul edilib. Hazırda məktəbdə 1052 şagird təhsil alır.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə də ilk dərs günü qeyd olunub. Hazırda məktəbdə 323 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul edilib.
Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə 248 şagird təhsil alır. Onlardan 11-i bu il birinci sinfə qədəm qoyub. Xocalı rayonunun Ballıca kənd tam orta məktəbində isə 192 şagird təhsil alır, bu il 11 şagird birinci sinfə qəbul olunub.
Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbində 87 şagird təhsil alır və bu il 14 şagird birinci sinfə başlayıb. Vəngli kənd tam orta məktəbində 93 şagird təhsil alır, onlardan 4-ü bu il birinci sinfə gedib. Həsənriz kənd tam orta məktəbində isə 159 şagird təhsil alır və bu il 15 şagird birinci sinfə qəbul olunub.
Beləliklə, Xankəndi, Xocalı və Ağdərə rayonlarında bu il ümumilikdə 179 şagird birinci sinfə başlayıb.
Bilik Günü ilə bağlı tədbirlərdə şagird və tələbələrə yeni tədris ilində uğurlar arzulanıb, təhsilin Qarabağın gələcək inkişafında mühüm rol oynadığı vurğulanıb.
Qeyd edək ki, hazırda Qarabağ Universitetində 3 330-dan çox tələbə təhsil alır. Qarabağ Universitetində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirdə tələbələrə təhsildə uğurlar arzulanıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.