Ölməmişdən əvvəl bu tikilidə gecələyibmiş.. - Video
14 Noyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
14.09.2026, 11:45
Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Baş prokuror İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının Türküstan şəhərində keçirilən 7-ci iclasında iştirak edib.
Tədbirdə çıxış edən Kamran Əliyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilən rəqəmsal transformasiya kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, cari ilin fevral ayında yaradılmış və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrlik etdiyi Azərbaycan Rəqəmsal İnkişaf Şurasının əsas məqsədləri ölkənin texnoloji potensialının və rəqəmsal suverenliyinin gücləndirilməsi, habelə innovasiyalara əsaslanan iqtisadi modelə keçidin təşviqindən ibarətdir.
Baş prokuror Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri kimi 2021-ci ildə Prezidentin Fərmanı ilə yaradılmış “Elektron Prokurorluq” İnformasiya Sistemini (EPİS) qeyd edib. Bildirilib ki, EPİS hazırda elektron sənəd dövriyyəsi, istintaq, dövlət ittihamı, beynəlxalq hüquqi əməkdaşlıq, cinayətlərin xəritələşdirilməsi və elektron sorğular üzrə modulları əhatə edir. Bu modulların bir neçəsində süni intellekt texnologiyalarından istifadə olunur. Sistem, həmçinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.
Səfər çərçivəsində Baş prokuror xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər də keçirib.
İran İslam Respublikasının nümayəndə heyəti ilə görüşdə Baş prokuror Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan Respublikası tərəfindən göstərilən humanitar yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
Daha sonra iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Pakistan İslam Respublikası Baş prokurorunun müavini Umer Aslam Khanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.
İkitərəfli görüşlər zamanı, həmçinin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin səfəri başa çatıb.
12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.