Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
213
13.09.2026, 18:25
Dünən diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərini izləyərkən qeyri-ixtiyari olaraq 6 il öncəyə ekskurs etdim. Müharibədən əvvəlki dövrə. Ərazi bütövlüyümüzə həsrət qaldığımız dövrə. Qarabağsız dövrə...
Ani müqayisələr, təhlillər yenidən beynimdə var-gəl etdi.
Bu altı ildə dünya sanki öz quruluşunu, oxunu, bucağını dəyişib. Uşaqlıqda sevə-sevə baxdığımız “Sehrli xalat”dakı gələcək sanki bir anın içində reallaşıb, həqiqətə çevrilib. Sanki kosmik qərinə yerin peykdəki zamanlaması ilə rotasiya edib və o səbəbdən sürətin fərqinə vara bilməmişik...
Təqvim sizi aldatmasın, əzizlərim! İlham Əliyev həqiqətən bizi ən az yarım əsr sonraya aparıb!
Əmin olun, əzizlərim! Məmləkətimizdə bu gün 2026-nın deyil, ən yumşaq ehtimalla 2076-cı ilin sentyabrı yaşanır!
***
O gün dostum mənə Ağdamdan “WhatsApp” üzərindən videozəng edib. Dövlətin verdiyi evi göstərir. Tavanı göstərir. “Oboy”ları, döşəməni, eyvandan açılan mənzərəni, yoldan, qonşu binalardan üzünə sarılan işığı göstərir...
İndiyə qədər yüz adam mənə ev göstərib. İndiyə qədər saysız hesabsız insanın mənzil sevincini, kirayədən öz evinə köçmə həyəcanını seyr etmişəm. Amma inanın, dostumun çöhrəsindəki xoşbəxtliyə, səsindəki hüzura mən heç vaxt, heç yerdə rastlamamışam. Və yəqin ki, heç zaman da rastlamayacağam.
Dünən baxıram, sevilən sənətkarımız, həm də çox dəyərli insan – Aybəniz Haşımovanın qızı Aynişan 34 il sonra atasının şəhid olduğu məkana ayaq basıb...
Yadıma düz 15 il öncə düşdü. Rəşid Behbudov adına Mahnı Teatrında, həmin qəhrəman – Xalid Quliyev haqda çəkilmiş filmin təqdimatında çıxış edərkən söyləmişdim ki, Tanrı bütün şəhid balalarına atalarının vuruşduğu torpaqlara əlləri ilə toxunmağı, o torpağı ovucları ilə sığallamağı qismət eləsin...
Aynişan da, Aybəniz xanım da həmin cümlədən sonra ağlamışdı və eyniadlı səbəbdən daha sonra özümü nitqimdə bu qədər həzin notlara yer verdiyim, qarşımdakı insanların emosiyalarını, hisslərini hesablaya bilmədiyim, nəzərə almadığım üçün xeyli qınamışdım.
Amma indi sevinirəm. Sevinirəm ki, zamanında Aynişanı ümidləndirən, bu fikri onun beyninə salan, həmin beyində atasının müqəddəs izləri olar torpaqları sığallamağın təsvirini yaradan insanlardan biri də mən olmuşam...
Əziz bacı və qardaşlar!
Bu gün;
Kəlbəcərdə bal festivalı keçirilir....
Cıdır düzündə Azərbaycan yallısı gedir...
Cabbarın, Natəvanın, Bülbülün ruhu çaşqın şəkildə nələrin baş verdiyini anlamağa çalışır...
Təyyarələr Füzuliyə, Laçına enir...
Xankəndidə “Azan” oxunur...
Dillərdə Ağdamın paytaxt olma ehtimalı gəzir...
Yaxşı bəs, bu, möcüzə deyil, bəs nədir?!
Bu, 2076-cı il deyil, bəs hansı ildir?!
***
2 gün öncə jurnalistlərdən biri mənə sual ünvanlamışdı ki, cənab Prezidentin reytinqinin ölkədə keçirilən sorğulara əsasən, 94 faiz olması barədə nə deyə bilərsiniz? Cavab vermədim.
Çünki, mən, aradakı 6 faizlik itkiyə, yəni, hətta 100 nəfərdən 6-nın belə İlham Əliyevi dərk etmədiyinə şübhə ilə yanaşıram. Ən azından buna inana bilmirəm.
Çünki bu qədər iş görən, bizim xoşbəxtliyimizin də, bütövlüyümüzün də, suverenliyimizin də rəmzi və səbəbkarı olan Prezidentin 101, 105 faizlik reytinqi daha inandırıcı görünərdi, nəinki jurnalistin söylədiyi rəqəm...
Çünki 94 faizlik üstünlük – həmin sorğu yalnız və yalnız AXCP kuluarlarında keçirildiyi zaman mümkün ola bilər. Hərçənd onda da, orada da İlham Əliyevin minimum 99 faiz səs alacağına qətiyyətlə əminəm...
Nəhayət;
Çünki, 200 il ərzində ilk dəfə torpaq geri qaytaran, Azərbaycan və azərbaycanlılar üçün canını belə fəda etməyə hazır olan, bütün riskləri gözə alan, ən əsası: gücünün, resursunun, imkanlarının maksimumu, 100 faizi ilə çalışan belə bir ləyaqətli Lider 94 deyil, elə məhz 100 faizlik qarşılığı haqq edir!
Həm də tamı-tamına. Bütün göstərici və parametrlərlə...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
00:16 / 04 Oktyabr 2026
71
23:56 / 03 Oktyabr 2026
62
23:26 / 03 Oktyabr 2026
66
22:53 / 03 Oktyabr 2026
71
22:48 / 03 Oktyabr 2026
69
22:41 / 03 Oktyabr 2026
80
22:29 / 03 Oktyabr 2026
74
22:13 / 03 Oktyabr 2026
132
22:08 / 03 Oktyabr 2026
90
21:24 / 03 Oktyabr 2026
79
21:09 / 03 Oktyabr 2026
95
20:57 / 03 Oktyabr 2026
117
20:51 / 03 Oktyabr 2026
93
20:38 / 03 Oktyabr 2026
96
20:27 / 03 Oktyabr 2026
534
20:14 / 03 Oktyabr 2026
96
20:03 / 03 Oktyabr 2026
406
19:52 / 03 Oktyabr 2026
538
19:51 / 03 Oktyabr 2026
118
19:46 / 03 Oktyabr 2026
76
19:34 / 03 Oktyabr 2026
78
19:34 / 03 Oktyabr 2026
79
19:25 / 03 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.