Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyuldu
03 Oktyabr 2026, 22:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
357
13.09.2026, 17:20
İşəgötürənlərin ən çox qarşılaşdığı problemlərdən biri də uzun müddət əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər və ya əlillik müəyyən edilmiş işçilərlə bağlı proseslərin tənzimlənməsidir. Hansı halda onların əmək müqaviləsinə xitam verilə bilər? Əlilliyi müəyyən edilən işçi mütləq işdən çıxarılırmı?
Oxu24.com xəbər verir ki, suallara iqtisadçı-ekspert Anar Bayramov aydınlıq gətirir.
Әmək Məcəlləsinin “Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları” adlı 74-cü maddəsinin “c” bəndinin əvvəlki redaksiyası bu mənada müəyyən suallar yaradırdı. Həmin bənddə qeyd edilirdi ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilir. Həmkarlarımız üçün ən çox qaranlıq qalan məsələ “tam itirilməsi” ifadəsi idi. Maddədən belə anlaşılırdı ki, işçi əmək qabiliyyətini yalnız tam itirdiyi halda əmək müqaviləsinə xitam verilə bilər.
Son dəyişikliklərdə isə Әmək Məcəlləsinin 74-cü maddəsi yeni redaksiyada təsdiq edilməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirildi. Dəyişikliklərdən sonra 74-cü maddənin “c” bəndində qeyd edilir ki, qanunla daha uzun müddət müəyyən edilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə davamlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hal kimi xitam verilir.
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, işçinin əmək qabiliyyətinin tam deyil, davamlı itirilməsi nəzərdə tutulur. Әmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsində əmək qabiliyyətinin davamlı itirilməsinə də aydınlıq gətirilib. Həmin qeyd hissəsində bildirilir ki, əmək qabiliyyətinin davamlı itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Әmək qabiliyyətinin davamlı itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik müəyyən edilməsi və ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Maddənin “c” bəndi və qeyd hissəsindəki əmək qabiliyyətinin davamlı itirilməsi ilə bağlı müddəalardan belə anlaşılır ki, Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçiyə əlillik müəyyən edilməsi və onun ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi əmək müqaviləsinə xitam üçün əsas ola bilər.
Misal 1: Onkoloji xəstəliyə yoluxmuş işçi əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə itirib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin işçi ilə bağlı orqanizm funksiyalarının pozulması müəyyən edilməyibsə, bu halda işəgötürən həmin işçinin əmək müqaviləsinə xitam verə bilməz. İşəgötürən işçinin sağalaraq vəzifəsinə qayıtmasını və əmək funksiyasını icra etməsini gözləməlidir.
Misal 2: İşçi əmək qabiliyyətini müvəqqəti olaraq itirib və bu, fasiləsiz olaraq 6 ay davam edib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçiyə orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlillik müəyyən edilib. Lakin işəgötürən fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılmasını həyata keçirir. Bu halda da əmək müqaviləsinə xitam verilməsi üçün əsas yaranmır.
Misal 3: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçiyə əlillik müəyyən edib və onun yüngül işlərdə işləyə bilməsi barədə qeydlər mövcuddur. İşəgötürən mühəndis vəzifəsində çalışan işçini əlilliyinə xələl gətirməyən yüngül işə keçirir. Bu halda da işəgötürən işçinin əmək müqaviləsinə xitam verməyə ehtiyac duymur.
Misal 4: Dövlət orqanı işçiyə əlillik müəyyən edib, lakin işçi əmək funksiyasını yerinə yetirə bilmir və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün deyil. Bu halda işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndi ilə xitam verə bilər. Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən, işəgötürən işçinin əmək müqaviləsinə 74-cü maddənin “c” bəndi ilə xitam verdikdə ona orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəməlidir.
Vergilər az
22:41 / 03 Oktyabr 2026
1
22:29 / 03 Oktyabr 2026
26
22:13 / 03 Oktyabr 2026
43
22:08 / 03 Oktyabr 2026
51
21:24 / 03 Oktyabr 2026
57
21:09 / 03 Oktyabr 2026
62
20:57 / 03 Oktyabr 2026
67
20:51 / 03 Oktyabr 2026
67
20:38 / 03 Oktyabr 2026
68
20:27 / 03 Oktyabr 2026
389
20:14 / 03 Oktyabr 2026
74
20:03 / 03 Oktyabr 2026
307
19:52 / 03 Oktyabr 2026
343
19:51 / 03 Oktyabr 2026
93
19:46 / 03 Oktyabr 2026
60
19:34 / 03 Oktyabr 2026
62
19:34 / 03 Oktyabr 2026
59
19:25 / 03 Oktyabr 2026
58
19:14 / 03 Oktyabr 2026
59
19:03 / 03 Oktyabr 2026
73
18:51 / 03 Oktyabr 2026
108
18:41 / 03 Oktyabr 2026
64
18:31 / 03 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.