Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
596
12.09.2026, 16:37
Azərbaycan və İran prezidentlərinin Bişkekdə İstisu içməsi ilə bağlı formalaşmış ənənə Kəlbəcərdəki "İstisu" zavodunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu tərəfindən davam etdirilib.
Oxu24.com-un məlumatına görə, diplomatik korpus nümayəndələrinin Kəlbəcərdəki "İstisu" zavoduna ziyarəti zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ənənənin davamı olaraq "İstisu" məhsulundan içiblər.
H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar:
"Başqa sözlə desək, bu ənənə ilə biz də qərara gəldik ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə "İstisu" içək. Qardaş İran xalqına da "İstisu" suyunun çatdırılması yolunu birlikdə fikirləşəcəyik, əminik ki, onlar da bu dadı möhtəşəm qiymətləndirəcəklər".
Xatırladaq ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında maraqlı dialoq yaşanıb.
Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində keçirilən görüş zamanı dövlət başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi "İstisu" mineral suyunun dadına baxmağı təklif edib. Daha sonra Prezident İlham Əliyev həm Məsud Pezeşkian bu sudan içiblər.
01:25 / 12 Noyabr 2026
59
00:55 / 12 Noyabr 2026
56
00:43 / 12 Noyabr 2026
82
00:35 / 12 Noyabr 2026
165
00:33 / 12 Noyabr 2026
87
00:27 / 12 Noyabr 2026
98
00:24 / 12 Noyabr 2026
106
00:19 / 12 Noyabr 2026
119
00:17 / 12 Noyabr 2026
149
00:11 / 12 Noyabr 2026
116
23:54 / 11 Noyabr 2026
100
23:52 / 11 Noyabr 2026
103
23:50 / 11 Noyabr 2026
128
23:45 / 11 Noyabr 2026
945
23:28 / 11 Noyabr 2026
98
23:24 / 11 Noyabr 2026
109
23:18 / 11 Noyabr 2026
124
23:09 / 11 Noyabr 2026
122
23:03 / 11 Noyabr 2026
110
23:01 / 11 Noyabr 2026
132
22:55 / 11 Noyabr 2026
106
22:38 / 11 Noyabr 2026
174
22:31 / 11 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.