Azərbaycanda sabiq nazir vəfat etdi - Son dəqiqə
12 Sentyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
52
12.09.2026, 16:26
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb.
Ümumiyyətlə, rəqəmlər son illərdə davamlı azalma tendensiyasını göstərir. 2024-cü ildə ölkədə 14 900, 2023-cü ildə 20 000, 2021-ci ildə isə 23 400 baş eşşək olub. 2016-cı ildə isə bu rəqəm 35 800 baş təşkil edib.
Belə kəskin azalmanın səbəbləri maraq doğurur. Eşşəklər əvvəlki illərdə kənd təsərrüfatında, xüsusilə dağlıq və kənd ərazilərində yükdaşıma vasitəsi kimi daha geniş istifadə olunurdu. Texnikanın və avtomobillərin kənd təsərrüfatına daha çox daxil olması bu heyvanlara olan tələbatı azalda bilər. Digər tərəfdən, heyvanların kəsilərək ətinin bazara çıxarılması, təsərrüfatlarda saxlanma xərclərinin artması, xəstəliklər və ya statistik uçotla bağlı dəyişikliklər də mümkün səbəblər sırasında ola bilər.
Cəmi bir il ərzində eşşəklərin sayının 2 400 baş, yəni təxminən 19 faiz azalmasını iqtisadi baxımdan necə izah etmək olar? Eşşək ətinin digər heyvan ətləri ilə qarışdırılaraq satılması riski varmı? Və yaxud, səbəb tələbatın aşağı düşməsi, yoxsa onların saxlanmasının bahalaşması ola bilərmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı əti yeyilməyən heyvanların sayının azalmasının bir sıra obyektiv səbəblərlə bağlı olduğunu bildirib:"İribuynuzlu və xırdabuynuzlu heyvanlarla yanaşı, əti yeyilməyən heyvanların sayının azalmasının da bir sıra təbii və əsaslı səbəbləri var.
Bu səbəblərdən biri son illərdə və xüsusilə son onilliklərdə kənd təsərrüfatında mexanikləşmənin genişlənməsidir. Fermer təsərrüfatları tədricən xırda təsərrüfatlardan daha iri və intensiv təsərrüfatlara, böyük aqroparklara çevrilir. Nəticədə əkinçilikdə, daşınmada və digər təsərrüfat işlərində mexaniki nəqliyyat vasitələrindən daha geniş istifadə olunur. Bu isə at, eşşək və digər bu qəbildən olan heyvanlara olan tələbatı azaldır. Başqa sözlə, təsərrüfatlarda bu heyvanlardan istifadənin azalması onların sayına da birbaşa təsir göstərir. Çünki bir çox hallarda mexaniki vasitələrdən istifadə daha səmərəli və iqtisadi baxımdan daha əlverişlidir".
Picture backgroundXalid Kərimli ikinci mühüm səbəb kimi urbanizasiya prosesini göstərib: "Məlumdur ki, regionlardan şəhərlərə axın davam edir, kənd təsərrüfatının strukturu dəyişir və kənd yerlərində yaşayan insanların bir qismi şəhərlərə köçür. Nəticədə kənd təsərrüfatında at və eşşək kimi heyvanlardan istifadə ehtiyacı da azalır. Bu heyvanların saxlanması isə müəyyən xərc tələb edir. Əgər onlardan istifadə zərurəti azalırsa, onları saxlamaq üçün iqtisadi motivasiya da zəifləyir".
İqtisadçının fikrincə, ət sənayesi üzərində ciddi nəzarətin olması və baytarlıq-sanitariya normalarının tətbiqi də nəzərə alınmalıdır: "Həm heyvanların kəsimi, həm də ətin bazara çıxarılması müəyyən qaydalar çərçivəsində həyata keçirilir. Bu səbəbdən bu heyvanların ətindən kütləvi şəkildə istifadə olunması real görünmür.
Nəhayət, burada əhalinin sosial-mədəni xüsusiyyətləri də rol oynayır. İnsanlar ümumilikdə at, eşşək və digər əti yeyilməyən heyvanların ətini qida kimi qəbul etmirlər. Ona görə də onların sayının azalmasını bu heyvanların kəsilərək ət kimi istifadə olunması ilə izah etmək doğru ehtimal deyil".
16:51 / 12 Sentyabr 2026
1
16:45 / 12 Sentyabr 2026
9
16:37 / 12 Sentyabr 2026
25
16:34 / 12 Sentyabr 2026
28
16:18 / 12 Sentyabr 2026
40
16:08 / 12 Sentyabr 2026
185
16:03 / 12 Sentyabr 2026
44
15:59 / 12 Sentyabr 2026
55
15:35 / 12 Sentyabr 2026
56
14:50 / 12 Sentyabr 2026
75
14:21 / 12 Sentyabr 2026
234
14:17 / 12 Sentyabr 2026
106
14:15 / 12 Sentyabr 2026
66
14:00 / 12 Sentyabr 2026
459
13:57 / 12 Sentyabr 2026
99
13:14 / 12 Sentyabr 2026
774
11:58 / 12 Sentyabr 2026
87
11:44 / 12 Sentyabr 2026
123
11:37 / 12 Sentyabr 2026
96
11:23 / 12 Sentyabr 2026
81
11:14 / 12 Sentyabr 2026
301
10:50 / 12 Sentyabr 2026
649
10:50 / 12 Sentyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.