Xaçmazda avtomobil iki məktəblini vurub
06 Oktyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
568
12.09.2026, 14:21
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi vakansiya elan edib.
Oxu24.com xəbər verir ki, mərkəz strateji planlaşdırma, analitik təhlil və tədqiqat işlərinə töhfə verə biləcək, analitik düşünmə və tədqiqat bacarıqlarına malik, təşəbbüskar və məsuliyyətli namizədləri “Baş mütəxəssis” vəzifəsinə dəvət edib.
Əsas vəzifə öhdəlikləri
• Universitetin strateji planlaşdırma, inkişaf və analitik fəaliyyətlərinə dəstək göstərmək;
• Mərkəzin fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin təşəbbüskarı olmaq və onların icrasına rəhbərlik etmək;
• Müxtəlif istiqamətlər üzrə tədqiqat və sorğular hazırlamaq, nəticələri təhlil etmək və hesabatlaşdırmaq;
• Analitik hesabat, təhlil və təqdimatların hazırlanmasında iştirak;
• Məlumat bazalarının yenilənməsi və sistemləşdirilməsində, gündəlik fəaliyyətlərin təşkilində iştirak.
Namizədə dair tələblər
• Ali təhsil (idarəetmə, iqtisadiyyat, təhsil, siyasət, beynəlxalq münasibətlər və ya digər müvafiq sahələr üzrə);
• Magistratura səviyyəsində ali təhsil;
• Minimum 3 il müvafiq iş təcrübəsi;
• Azərbaycan dili – mükəmməl, ingilis dili – arzuolunandır;
• Analitik düşünmə, tədqiqat aparmaq və mətn/hesabat hazırlamaq bacarığı;
• MS Office və ya Google Workspace proqramlarında sərbəst işləmək bacarığı;
• Komanda işi, məsuliyyətlilik, dəqiqlik və vaxtın idarə edilməsi keyfiyyətləri.
Əlavə məlumatlar
- İş yeri: ADPU-nun V tədris binası (ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 109)
- İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00
- Əmək haqqı: Ştat cədvəlinə uyğun
Müraciət qaydası
Namizədlər CV-lərini “Strateji İnkişaf Mərkəzi – Baş mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 21.09.2026 | 18:00-dək.
Qeyd edək ki, ADPU SİM universitetin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, strateji planlaşdırma və monitorinq, analitik fəaliyyət, innovasiya və tədqiqat təşəbbüslərinin koordinasiyası istiqamətində fəaliyyət göstərir.
17:07 / 06 Oktyabr 2026
1
16:51 / 06 Oktyabr 2026
219
16:47 / 06 Oktyabr 2026
69
16:40 / 06 Oktyabr 2026
50
16:32 / 06 Oktyabr 2026
101
16:28 / 06 Oktyabr 2026
118
16:25 / 06 Oktyabr 2026
56
16:15 / 06 Oktyabr 2026
57
16:09 / 06 Oktyabr 2026
651
16:07 / 06 Oktyabr 2026
57
15:57 / 06 Oktyabr 2026
60
15:50 / 06 Oktyabr 2026
70
15:44 / 06 Oktyabr 2026
85
15:39 / 06 Oktyabr 2026
74
15:20 / 06 Oktyabr 2026
153
15:19 / 06 Oktyabr 2026
138
15:16 / 06 Oktyabr 2026
223
15:05 / 06 Oktyabr 2026
78
15:00 / 06 Oktyabr 2026
75
14:34 / 06 Oktyabr 2026
78
14:24 / 06 Oktyabr 2026
148
14:18 / 06 Oktyabr 2026
7088
14:14 / 06 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.