Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
294
12.09.2026, 10:12
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb.
Onun sözlərinə görə, hazırda xarici diplomatlar Ağdərə və Kəlbəcər istiqamətində səfərini davam etdirir.
Qeyd edək ki, səfərin ilk günündə xarici diplomatlar Xankəndi və Şuşada olublar.
Xatırladaq ki, Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
1st Day of our visit to Shusha and Khankandi with the diplomatic corps. Now we are traveling to Agdara and Kalbajar. pic.twitter.com/W92uIhm2Lo
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026
19:19 / 11 Noyabr 2026
12
19:07 / 11 Noyabr 2026
52
18:42 / 11 Noyabr 2026
289
18:39 / 11 Noyabr 2026
128
18:35 / 11 Noyabr 2026
117
18:30 / 11 Noyabr 2026
147
18:29 / 11 Noyabr 2026
157
18:23 / 11 Noyabr 2026
119
18:17 / 11 Noyabr 2026
170
18:13 / 11 Noyabr 2026
128
18:06 / 11 Noyabr 2026
615
18:01 / 11 Noyabr 2026
102
17:42 / 11 Noyabr 2026
269
17:40 / 11 Noyabr 2026
173
17:35 / 11 Noyabr 2026
358
17:16 / 11 Noyabr 2026
106
17:13 / 11 Noyabr 2026
234
17:12 / 11 Noyabr 2026
110
16:35 / 11 Noyabr 2026
125
16:07 / 11 Noyabr 2026
175
16:04 / 11 Noyabr 2026
433
16:01 / 11 Noyabr 2026
137
16:00 / 11 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.