Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
10 Noyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1089
11.09.2026, 12:48
Metronun “Koroğlu” stansiyasının qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzinin girişində 5.9 nişanı (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün) quraşdırılıb.
Oxu24.com xəbər verir ki, bu nişanla minik avtomobillərinin ikinci “cib”ə daxil olması, orada sərnişin mindirib-düşürməsi qadağan edilib.
Bildirilib ki, yenilik ərazidən keçən müntəzəm və ekspress marşrut xətlərinin ayrılması, hərəkətin daha keyfiyyətli təşkil edilməsi məqsədilə tətbiq olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin yola daxil olaraq qaydaları pozan sürücülər 100 manat + 2 bal həddində cərimə edilirlər.
***
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeniliklə bağlı məlumat yayıb.
Bildirilib ki, metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında – “Atletlər kəndi” istiqamətində dəyişik edilib:
“İndiyədək ərazidə mövcud olan “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu.Hazırda ekspres avtobusların “Koroğlu” metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 2-ci “cib” yalnız ekspres marşrutları üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.
Həyata keçirilən dəyişiklik nəticəsində vahid ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti və sərnişin axınlarının ayrılması təmin edilib. Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə piyada keçidi təşkil edilib”.

22:04 / 10 Noyabr 2026
60
21:55 / 10 Noyabr 2026
265
21:51 / 10 Noyabr 2026
69
21:49 / 10 Noyabr 2026
77
21:46 / 10 Noyabr 2026
70
21:44 / 10 Noyabr 2026
74
21:40 / 10 Noyabr 2026
75
21:33 / 10 Noyabr 2026
18600
21:19 / 10 Noyabr 2026
95
21:12 / 10 Noyabr 2026
109
21:10 / 10 Noyabr 2026
337
20:56 / 10 Noyabr 2026
95
20:54 / 10 Noyabr 2026
383
20:46 / 10 Noyabr 2026
109
20:35 / 10 Noyabr 2026
125
20:17 / 10 Noyabr 2026
109
20:10 / 10 Noyabr 2026
1305
19:59 / 10 Noyabr 2026
114
19:58 / 10 Noyabr 2026
110
19:52 / 10 Noyabr 2026
117
19:52 / 10 Noyabr 2026
116
19:43 / 10 Noyabr 2026
124
19:40 / 10 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.