Rəşid Behbudovun bacısı oğlunun ACI TALEYİ: Qürbətdə can verən MÜĞƏNNİ NƏDƏN İNCİMİŞDİ?
10 Noyabr 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
309
11.09.2026, 12:21
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masa keçirib
10 senyabr 2026-cı il tarixində, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” adlı dəyirmi masa təşkil olunub.
Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın moderatorluğu və açılış nitqi ilə öz işinə başlayıb. Fondun prezidenti dəyirmi masanın keçirilməsinə yaradılan şəraitə və göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkürünü bildirib.
Dəyirmi masada Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev, COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı, Qazaxıstanın “International Green Technologies and Investment Projects Center” QSC-nin İdarə Heyətinin sədri Saken Kalkamanov, “ZHASYL DAMU” ASC-nin Direktorlar Şurasının üzvü, müstəqil direktor Kambar Omarov, Akdeniz Universitetinin Mədəni İrsin Bərpası və Mühafizəsi Departamentinin rəhbəri, Dünya Sualtı Konfederasiyasının Elmi Komitəsinin direktoru Dr. Hakan Öniz, ICOMOS Türkiyə Milli Komitəsinin və ICOMOS-un Sualtı Mədəni İrs üzrə Beynəlxalq Komitəsinin üzvü Ceyda Öztosun rəsmi spiker qismində çıxış ediblər.
Çıxışlar zamanı iqlim dəyişmələrinin mədəni irsə təsirləri, mədəni və təbii irsin qarşılıqlı əlaqəsi, biomüxtəlifliyin qorunması, ənənəvi bilik və təcrübələrin yaşadılması, mədəni irsin iqlim risklərinə qarşı dayanıqlılığının artırılması, eləcə də bu sahədə dövlət qurumları, beynəlxalq təşkilatlar, ekspertlər və müxtəlif ölkələr arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub. Həmçinin ortaq türk irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə layihələrin və praktiki fəaliyyətlərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, TÜRKPA, ICESCO və digər beynəlxalq qurumların təmsilçiləri, elm adamları, dünyanın müxtəlif ölkələrindən ekspertlər, eləcə də media nümayəndələri iştirak ediblər.
Dəyirmi masa çərçivəsində aparılan müzakirələr mədəni irsin və biomüxtəlifliyin qorunması sahəsində ortaq yanaşmaların formalaşdırılması, mövcud təcrübələrin bölüşdürülməsi və türk dünyası ölkələri arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli fikir mübadiləsi platforması yaradıb.
Tədbir müzakirələrlə davam edib.

21:12 / 10 Noyabr 2026
34
21:10 / 10 Noyabr 2026
37
20:56 / 10 Noyabr 2026
47
20:54 / 10 Noyabr 2026
117
20:46 / 10 Noyabr 2026
83
20:35 / 10 Noyabr 2026
98
20:17 / 10 Noyabr 2026
87
20:10 / 10 Noyabr 2026
958
19:59 / 10 Noyabr 2026
97
19:58 / 10 Noyabr 2026
94
19:52 / 10 Noyabr 2026
102
19:52 / 10 Noyabr 2026
94
19:43 / 10 Noyabr 2026
102
19:40 / 10 Noyabr 2026
124
19:26 / 10 Noyabr 2026
108
19:20 / 10 Noyabr 2026
642
19:06 / 10 Noyabr 2026
139
18:58 / 10 Noyabr 2026
822
18:56 / 10 Noyabr 2026
118
18:39 / 10 Noyabr 2026
241
18:26 / 10 Noyabr 2026
581
18:25 / 10 Noyabr 2026
167
18:19 / 10 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.