Bu kənd Azərbaycana verilir? - SÖKÜNTÜ BAŞLADI
26 Oktyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
252
06.08.2026, 14:58
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçimi ilə əlaqədar abituriyentlərə müraciət ünvanlayıb.
DİM sədri bu barədə sosial media hesabında paylaşım edib.
Onun müraciətində seçim prosesinin əhəmiyyəti vurğulanıb və gənclərə mühüm tövsiyələr verilib.
Müraciətdə qeyd olunub ki, ixtisas seçimi ali təhsil yolunda verilən ən məsuliyyətli qərarlardan biridir və bu prosesdə yalnız etibarlı, rəsmi məlumat mənbələrinə istinad etmək vacibdir. Bu məqsədlə "Abituriyent" jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunaraq abituriyentlərin istifadəsinə veriləcək.
Jurnalda yer alan əsas məlumatlar aşağıdakılardır:
- İxtisas seçimi elanı və müsabiqə şərtləri
- "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası
- Ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu
- Seçim prosesində zəruri olan digər vacib məlumatlar
DİM sədri, həmçinin jurnalda dərc olunan psixoloq tövsiyələrini oxumağın xüsusi əhəmiyyət daşıdığını bildirib. Məqalədə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah edilir, abituriyentlərin maraq, bacarıq, dəyər və real imkanlarını düzgün qiymətləndirərək öz peşə xəritələrini necə formalaşdıra biləcəkləri izah olunur.
O qeyd edib ki, həm Azərbaycan, həm də rus bölmələrinin abituriyentləri üçün nəzərdə tutulan jurnal vahid formada – Azərbaycan dilində hazırlanıb. Nəşrdə hər iki bölmə üzrə və hər iki bölmənin birgə qəbul aparıldığı ixtisaslar təqdim olunur.
Müraciətin sonunda DİM sədri abituriyentlərə uğurlu, düşünülmüş və gələcəklərinə doğru istiqamət verəcək ixtisas seçimi arzulayıb.
00:16 / 26 Oktyabr 2026
65
23:59 / 25 Oktyabr 2026
71
23:18 / 25 Oktyabr 2026
79
22:59 / 25 Oktyabr 2026
76
22:45 / 25 Oktyabr 2026
79
22:21 / 25 Oktyabr 2026
544
22:18 / 25 Oktyabr 2026
163
22:00 / 25 Oktyabr 2026
91
20:35 / 25 Oktyabr 2026
78
20:15 / 25 Oktyabr 2026
526
19:30 / 25 Oktyabr 2026
1777
19:02 / 25 Oktyabr 2026
258
16:35 / 25 Oktyabr 2026
95
16:05 / 25 Oktyabr 2026
152
15:37 / 25 Oktyabr 2026
1596
15:34 / 25 Oktyabr 2026
99
15:19 / 25 Oktyabr 2026
131
15:08 / 25 Oktyabr 2026
125
15:05 / 25 Oktyabr 2026
158
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
806
14:00 / 25 Oktyabr 2026
328
13:50 / 25 Oktyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.