"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1404
28.06.2026, 13:24
Son illər Azərbaycanda maaşların artırılması ilə bağlı qərarlar qəbul edilsə də, əhalinin böyük hissəsi hesab edir ki, gəlirlərin artım tempi bahalaşmanı tam kompensasiya etmir. Xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin bahalaşması fonunda əməkhaqlarının yenidən artırılması məsələsi tez-tez gündəmə gəlir.
Mövcud iqtisadi göstəricilər fonunda Azərbaycanda yaxın dövrdə minimum əməkhaqqının artırılması real görünürmü?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova 2026-cı il üçün büdcə sənədlərində minimum əməkhaqqının 400 manat səviyyəsində saxlanılması nəzərdə tutulduğunu bildirib:
"Bu da yaxın perspektivdə artımın planlaşdırılmadığını göstərir. Lakin, qanunvericilik minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, iqtisadi şərait, inflyasiya və xüsusilə, gündəlik xərclərin bahalaşması fonunda hökumət ildə bir neçə dəfə artım barədə qərar verə bilər. Fikrimcə, mövcud inflyasiya və yaşayış xərclərinin dinamikası onu göstərir ki, minimum əməkhaqqına ildə bir dəfə deyil, ən azı iki dəfə yenidən baxılması daha məqsədəuyğun olardı”.
İqtisadçı bildirib ki, qiymətlər il ərzində davamlı dəyişdiyi halda, əməkhaqqının yalnız bir dəfə artırılması əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etmir:
"Əməkhaqqının inflyasiya göstəricilərinə uyğun olaraq hər altı aydan bir indeksləşdirilməsi sosial baxımdan daha ədalətli yanaşma hesab edilə bilər. Əks halda nominal maaş artsa da, real gəlirlər azalmaqda davam edir. Son illərə baxsaq, minimum əməkhaqqı müəyyən dövrlərdə 15-20 faiz artırılsa da, eyni müddətdə bir sıra əsas istehlak malları və xidmətlər üzrə qiymət artımı daha yüksək olub.
Məsələn, minimum əməkhaqqı hazırda 400 manatdır. İllik inflyasiyanı ən az 5 faiz götürsək, ilin ortasına qədər bu maaşın real alıcılıq qabiliyyəti təxminən 20 manat azalmış olacaq. Hələ ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir. Məsələn, ərzaq inflyasiyası ən az 7-8% səviyyəsində olarsa, aşağı gəlirli ailələrin faktiki itkiləri daha da artacaq”.
Vüsalə Əhmədovanın sözlərinə görə, minimum əməkhaqqının hər altı aydan bir indeksləşdirilməsi daha effektiv mexanizmdir:
"Məsələn, 400 manatlıq minimum əməkhaqqı ilin əvvəlində 10 faiz artırılaraq 440 manata, ilin ikinci yarısında isə inflyasiyanın davam etməsi nəzərə alınaraq əlavə 10-12 faiz artırılaraq təxminən 485-500 manata çatdırıla bilər. Bundan əlavə, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti təxminən 36 faiz təşkil edir. Halbuki Avropa ölkələrinin əksəriyyətində bu göstərici 45-50 faiz intervalındadır. Fransa, Portuqaliya, Sloveniya kimi ölkələrdə hətta 50 faizdən yuxarıdır”.
İqtisadçı bildirib ki, AB ölkələrində minimum əməkhaqqı daha yüksək sosial müdafiə təmin edir:
"Avropa İttifaqının Minimum Əməkhaqqı Direktivi”ndə konkret faiz müəyyən edilməsə də, minimum əməkhaqqının adekvatlığı qiymətləndirilərkən, minimum əməkhaqqının orta əməkhaqqının təxminən 50 faizinə və ya median əməkhaqqının 60 faizinə yaxın olması kimi istinad göstəricilərindən istifadə etmək tövsiyə edilir. Bu, aşağı gəlirli əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm hesab olunur”.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.