Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16367
az

"Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur” - İntihar edən 17 yaşlı qızın atası

17:1701 Avqust, 2019
923
CƏMİYYƏT
  • A
Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla evləndirildiyi üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddiaya görə, qəsəbə sakini Gülər İsmayılova təhsil almaq istəsə də, ailəsi onu sevmədiyi şəxsə ərə vermək istəyib.

Oxu24.com "qafqazinfo”ya istinadən xəbər verir ki, Gülər bazar günü evin həyətində özünü asıb, bu gün 3 mərasimi keçirilir.

Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşadığını və hadisədən dərhal sonra Azərbaycana gəldiyini deyib:

"Nişan üçün gəlməmişəm, elə bir plan olmayıb. Qızımın intihar səbəbini bilmirəm. Hər kəs ağlına gələni yazır. Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”.

Ailə tanışlarının sözlərinə görə, nişan olmasa da, ailələr arasında elçilik olub. Qıza elçi düşən şəxs isə ondan 13-14 yaş böyük Renad İsayevdir.

Bildirilib ki, Gülərgil ailədə iki uşaq olub və ondan bir yaş böyük bacısı da var.

Gülərin təhsil aldığı Əliabad qəsəbə 1 №-li tam orta məktəbin direktoru İradə İbrahimxəlilova bildirib ki, mərhum əlaçı olmasa da, məktəbdə yaxşı oxuyub:

"Məktəb tədbirlərində aktivliyi, tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Ancaq məktəbi bu il bitirsə də, təhsilini davam etdirmək üçün hər hansı bir məktəbə sənədlərini təqdim etməyib".

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı