Ağır qəzada yaralananların SİYAHISI +FOTOLAR
25 Oktyabr 2026, 13:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1358
03.06.2026, 12:20
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
Oxu24.com xəbər verir ki,Modern.az-ın məlumatına görə, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.
Məlumatı saytımıza Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər.
Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.
Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
Fikrət Əhmədov 9 aprel 1982-ci ildə Bakıda doğulub.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.
2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzman həkim dərəcəsi alıb.
Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.
2013-cü ilin dekabr ayında tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.
F.Əhmədov 2013-cü ildən 2023-cü ilə qədər etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant, assistent vəzifəsində fəaliyyət göstərib.
O, 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
13:50 / 25 Oktyabr 2026
1
13:50 / 25 Oktyabr 2026
5
13:35 / 25 Oktyabr 2026
60
13:18 / 25 Oktyabr 2026
425
13:05 / 25 Oktyabr 2026
56
12:44 / 25 Oktyabr 2026
318
11:19 / 25 Oktyabr 2026
79
10:45 / 25 Oktyabr 2026
110
10:34 / 25 Oktyabr 2026
855
10:30 / 25 Oktyabr 2026
81
07:01 / 25 Oktyabr 2026
182
23:16 / 24 Oktyabr 2026
260
22:52 / 24 Oktyabr 2026
236
22:34 / 24 Oktyabr 2026
186
22:14 / 24 Oktyabr 2026
120
22:05 / 24 Oktyabr 2026
531
21:42 / 24 Oktyabr 2026
2980
21:28 / 24 Oktyabr 2026
125
21:12 / 24 Oktyabr 2026
116
21:07 / 24 Oktyabr 2026
118
20:52 / 24 Oktyabr 2026
110
20:34 / 24 Oktyabr 2026
116
20:31 / 24 Oktyabr 2026
1333
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.