Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16144
az

İntihar insanı əbədi cəhənnəmə aparar

22:3525 İyul, 2019
705
CƏMİYYƏT
  • A
Rahatlıq hissi biz insanlar üçün çox mühüm bir mövzudur. Müasir dövrdə insanlar ruhi xəstəliklərlə mübarizə üçün müxtəlif yollar axtarır və səy göstərirlər. Bu gün cəmiyyətində nigarançılıq və iztirab çox yayılmışdır.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, bu gün əksər insanlar ruhi rahatlıq tapmaq üçün çox sayda yollardan istifadə edirlər ki, işə yaramır, onları məqsədinə çatdırmır.

Bu günün insanlarının rahatlıq tapmaq üçün istifadə etdiyi yollar: narkotik, siqaret çəkmək, günah işlətmək, haram musiqiyə qulaq asmaq, şərab içmək, haram yemək, sərvət toplamaq aludəçiliyi və s.

O zaman ki, insan bu yanlış yolların hamısından istifadə edir, ancaq nəticə almırsa, intihara əl atır. Əslində bu yol - qətiyyən həll yolu deyildir.

İnsan belə düşünür ki, intihar edərək və bununla ruhi rahatlıq əldə edə biləcəkdir. Bu cür insan Allahdan, Qiyamət günündən və ölümdən qafildir. Bu insan elə bir yol seçir ki, səhvini düzəltməsi üçün geriyə yol olmaz. O, bu hərəkəti ilə nəinki ruhi rahatlıq tapmaz, əslində əbədi olaraq özünü rahatlıqdan məhrum edər.

İnsan intihar edərək, necə rahatlıq əldə edə bilər ki? İmam Sadiq (ə) buyurur: "O kəs ki, bilərəkdən özünü öldürər, həmişəlik cəhənnəm atəşində olar".

İmam Əli (ə) buyurur: "Mömin hər bəlaya düçar olar və hər cür ölə bilər. Ancaq heç bir zaman intihar etməz".

Ona görə də intihar çıxış yolu deyildir. Əgər ruhunuzun rahat olmasını istəyirsinizsə və nigarançılıqdan və iztirabdan uzaq olmaq istəyirsinizsə, Allaha təvəkkül edin və Ona tərəf üz tutun. Allah Təala duaları eşidəndir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü