Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
09 Oktyabr 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
860
06.03.2026, 18:16
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
Oxu24.com xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.
Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.
Əziz xanımlar!
Bayramınız mübarək olsun!"
21:15 / 09 Oktyabr 2026
7
21:10 / 09 Oktyabr 2026
22
21:10 / 09 Oktyabr 2026
82
20:59 / 09 Oktyabr 2026
31
20:55 / 09 Oktyabr 2026
53
20:42 / 09 Oktyabr 2026
61
20:28 / 09 Oktyabr 2026
77
20:12 / 09 Oktyabr 2026
69
20:01 / 09 Oktyabr 2026
74
19:49 / 09 Oktyabr 2026
69
19:38 / 09 Oktyabr 2026
70
19:25 / 09 Oktyabr 2026
164
19:20 / 09 Oktyabr 2026
104
19:15 / 09 Oktyabr 2026
76
19:08 / 09 Oktyabr 2026
73
18:59 / 09 Oktyabr 2026
70
18:50 / 09 Oktyabr 2026
75
18:46 / 09 Oktyabr 2026
84
18:35 / 09 Oktyabr 2026
81
18:22 / 09 Oktyabr 2026
141
18:21 / 09 Oktyabr 2026
86
18:10 / 09 Oktyabr 2026
115
17:55 / 09 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.