Yenidən Mərkəzi Aparatın rəhbəri seçildi
02 Oktyabr 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
772
22.01.2026, 23:13
Azərbaycanın təbii və coğrafi mövqeyi, əlverişli iqlimi, zəngin sərvətləri, əkinə və maldarlığa yararlı torpaqlarının olmağı yadelli istilaçılardan olan ərəb işğalçılarının maraq dairəsində idi.
Azərbaycanın tarixi ərazisi iki yerə şimalda Xəzər Xaqanlığının, cənubda isə Sasanilər Şahənşahlığının tərkibində olmsağına baxmayaraq, hər iki dövlət əslində Türk dövlətləri idilər. Sasanilər imperiyasının Türk kimlikli dövlət olmasının süutu kəsilən sikkələrlə bağlı olub.
Burada ay-ulduz kodeksi maraqlı mətləblərdən xəbər verir. "Parfiya orta dünyanın memarları" kitabının müəllifi olmuş Əkbər N.Nəcəf Sasani sülaləsinin qurucusu olmuş Sasanın öz qohumları ilə birlikdə Xarəzmdən köçdüyünü bildirib. Bu o deməkdir ki, onun əsli Özbəkistanlıdır. Bizans, Xəzər və Sasani imperiyaları üçün əsas təhdid yeni yaranan Ərəb Xilafəti idi.
Ərəb Xilafətindən qabaq böyük dövlət təşkilatçısı Məhəmməd ibn Abdullah tərəfindən yeni qurulmuş Ərəb İslam Dövləti onun sağlığında dünyanın dörd tərəfinə, Sasanilər imperiyası, o cümlədən Azərbaycana yeni din olan İslam dininin təbliğatçılarını göndərmiş və burada da müsəlman icması təşəkkülə başlamışdı. Hətta Şamaxıdakı inşa olunan məscid, Mədinə, Məkkədəki yeni inşa edilmiş məscidlərlə yaşıd idi. Xilafətin ilk dörd xəlifəsi tərəfindən idarə olunan Xilafət şəriətə tam uyğun formada idarə edilirdi. Sonralar Əməvilər və Abbasilər sülalələri zamanla dini əmrlərin orjinal formasından uzaqlaşıb, qeyri səhih hədislər uydurur, əhalinin üzərinə ağır vergilər qoyurdular.
Babək əl Xürrəmi belə bir desbot hakimiyyətə qarşı gələrək, yeni ədalətli cəmiyyətı qurulması naminə çalışmaq üçün Cavidanın ölümündən sonra Xürrəmi məzhəbinin yeni lideri olaraq, təyin olunan Həsən ibn Abdullah (Babək və ya Baybək) işə başladı. Onun digər məqsədi isə azad Azərbaycan üçün çalışmağı idi. O, hərəkata rəhbərlik etməyə başlayandan sonra İslam dininin peyğəmbərinin qohumları ilə əlaqələrə girmişdi. Babək zorla yeridilən Əməvi müsəlmanlığına qarşı idi. Özü Ərdəbilin Bilabad kəndində anadan olmuş, və Babək daha doğrusu Baybək təxəllüsünü özünə seçmişdi. Bay anlayışı zəngin və varlı, Bək isə bəy mənasında işlənə bilərdi. Onun Türk olduğunu göstərən digər xüsusiyyət də Turan döyüş taktikasına yaxından bələd olmağı idi. O da xəyanətin qurbanı olmuş, müsəlamnların əmiri tərəfindən "kafir" damğası vurularaq, Qurani Kərimdəki cəzası kimi çarpaz kəsilərək edam edilmişdir.
Azərbaycanın müstəqil feodal dövləti, Sacilər sülaləsindən olan Afşin əl Sacinin Xürrəmilərə qarşı komandan təyin ediləndən sonra bəzi tədbirlərə hazırlaşdı. Lakin, Ərəb Xilafətinin gözləmədiyi hadisə baş verdi. Afşin Babəklə gizli görüşə çağırdı. Həmin görüşdə Babəklə Sasanilər imperiyasının bərpasını müzakirə etdi. Maraqlıdır, bir Türk sərkərdə nəyəsə görə Türk xaqanlığı olan Xəzər Xaqanlığını deyil, Sasanilər Şahənşahlığını yəni ki, "fars" dövlətini bərpa etmək istəyirdi. Bu da olduqca maraqlı məsələ sayıla bilər. Babəkin edamından sonra Afşin də xəyanətdə təqsirli bilinərək, edam edilmişdir.
İmza: Ceyhun Ərmən Vedili
19:22 / 02 Oktyabr 2026
15
19:08 / 02 Oktyabr 2026
64
19:00 / 02 Oktyabr 2026
46
18:59 / 02 Oktyabr 2026
55
18:42 / 02 Oktyabr 2026
51
18:39 / 02 Oktyabr 2026
61
18:36 / 02 Oktyabr 2026
47
18:25 / 02 Oktyabr 2026
93
18:10 / 02 Oktyabr 2026
121
18:10 / 02 Oktyabr 2026
473
17:59 / 02 Oktyabr 2026
59
17:57 / 02 Oktyabr 2026
77
17:50 / 02 Oktyabr 2026
88
17:36 / 02 Oktyabr 2026
64
17:05 / 02 Oktyabr 2026
265
16:56 / 02 Oktyabr 2026
75
16:39 / 02 Oktyabr 2026
486
16:34 / 02 Oktyabr 2026
71
16:21 / 02 Oktyabr 2026
119
16:16 / 02 Oktyabr 2026
69
16:06 / 02 Oktyabr 2026
135
16:00 / 02 Oktyabr 2026
118
15:59 / 02 Oktyabr 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.