"Lələtəpə" uğrunda yaralanan qazi ilə MÜSAHİBƏ
05 Aprel 2025, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86Aparıcılar haranı bitirib? — Jurnalist olanı da var,olmuyanı da...
AKTUAL
10336
03.04.2025, 19:20
Efirlərdə səsləndirilən fikirlərin,irəli sürülən ideyaların cəmiyyətin müəyyən qisminə təsiri faktı danılmazdır. Bir çox hallarda televiziya kanallarında səsləndirilən fikirlər cəmiyyətdə müzakirələrə səbəb olur.
Son günlər "Kanal S"-də veriliş aparan Nigar Fərhadın efirdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.
Bu gün isə Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib. Verilişinin yayımı dayandırılıb.
Qeyd olunan hadisə bir daha aparıcıların və veriliş aparanların təhsil mövzusunu aktual edib. Hər kəs veriliş apara bilərmi?Yaxud veriliş aparanların jurnalist təhsili varmı?
Oxu24.com saytı bununla bağlı araşdırma aparıb.Efirlərimizi bəzəyən verilişlərin aparıcıları haranı bitirib və onların ixtisası nədir?
Azərbaycan tamaşaçısının baxdığı reytinqli proqramların biri də ARB kanalında yayımlanan “Səni axtarıram” verilişidir. Layihənin rəhbəri və aparıcısı Əməkdar Jurnalist Xoşqədəm Hidayətqızıdır.
X.Hidayətqızı 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb.
2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 7 noyabr 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.
Ölkənin ən çox baxılan verilişləri sırasında ATV kanalında yayımlanan “Bizimləsən” proqramı da var. Sözügedən verilişin aparıcısı Zaur Baxşəliyevdir.
Zaur Baxşəliyev 1998-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib və Azərbaycan Beynəlxalq Universitetinin (Red-Hazırda fəaliyyəti dayandırılan ABU) jurnalistika fakültəsinə qəbul olunub.
Elə həmin ildən etibarən məqalə, hekayə, oçerkləri, mədəni-maarif yönümlü yazıları milli mətbuatımızın sayılıb-seçilən qəzet və jurnallarında dərc olunmağa başlayıb. Universiteti bitirdikdən sonra 2002-ci ildə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında müxbir kimi işə başlayıb.
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07.11.2017-ci il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Aparıcı hazırda Moskva İdarəetmə akademiyasının Hüquq fakültəsində qiyabi təhsil də alır.
Ölkənin reytinqli verilişləri sırasında adı gələnlərdən biri də Xəzər Tv-də yayımlanan “Təsir Dairəsi”dir. Verilişin aparıcısı Lalə Azərtaşdır.
Xanım aparıcı 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib.
Həmçinin oxuyun
Daha sonra BDU-nun Hüquqşünaslıq fakültəsinin məzunu olub.
2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib.
Teleməkanın və sosial şəbəkələrin ən məşhur simalarından biri də ARB kanalının aparıcısı Elgiz Əkbərdir. O,hazırda “Elgizlə İzlə” verilişinin aparıcısıdır.
Elgiz Əkbər Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsini bitirib. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınıb.Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləyib.2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlayıb.
ARB kanalının digər aparıcısı Zaur Kamal 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub.
Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda Radio TMB) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb. 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 2018-ci ildən Radio Xəzər və Radio TMB radiolarının direktorudur. 2020-ci ildən Azad Azərbaycan radiosunda "Danışır Zaur" proqramının aparıcısıdır. 2021-ci ildən ARB TV-də "HəminZaur" tele verilişinin aparıcısıdır.
Space kanalının aparıcısı Amil Xəlil 2010-cu ildə ali məktəbə daxil olur və 2014-cü ildə ali təhsili başa vurur. Tarix və jurnalistika üzrə təhsilini ala-ala uşaqlıqdan sevdiyi jurnalist sənəti üzrə çalışmağa başlayır. 2009-cu ildə özünün yaratdığı "Kanal Baku" sayt və internet kanalının rəhbəri olur. Sayt qısa zamanda TV xəbər videolarını yayımlayan yeganə saytlardan biri olur.
2011-ci ildə ATV kanalında araşdırmaçı müxbir kimi çalışmağa başlayır.
2017-ci ildə Space Tv-yə dəvət alan aparıcı hazırda da həmin kanalda çalışır.
Hazırladı: Miri Məcidli
00:05 / 10 Aprel 2025
Güləşçimiz Avropa çempionu oldu
121
23:55 / 09 Aprel 2025
“O, əsl axmaqdır”
52
23:15 / 09 Aprel 2025
“WhatsApp”da yenilik - İcazə tələb olunacaq
59
22:38 / 09 Aprel 2025
Uzunömürlülük SİRRİ: Xurmanı belə yeyin
66
21:49 / 09 Aprel 2025
Ölkədən çıxışa STOP qoyula bilər
69
21:49 / 09 Aprel 2025
Xanlar Vəliyevin yerinə o gələ bilər - ADLAR
657
21:45 / 09 Aprel 2025
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
63
21:30 / 09 Aprel 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
64
21:10 / 09 Aprel 2025
6 nəfəri it dişlədi
81
20:50 / 09 Aprel 2025
AK Ukraynaya bərpa üçün 9 milyard avro vəd edir
75
20:45 / 09 Aprel 2025
Xankəndidə işləmək üçün işçi axtarılır - VAKANSİYA
202
20:37 / 09 Aprel 2025
Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib
77
20:20 / 09 Aprel 2025
Suriyanın Rusiyadakı səfiri Dəməşqə geri çağırılması ilə bağlı bildiriş alıb
88
20:18 / 09 Aprel 2025
Piyadanı evakuator vurub öldürdü
89
20:16 / 09 Aprel 2025
"Rusiya bir neçə işğal olunmuş ərazini öz ərazisi kimi bəyan edib" — Əliyevdən Ukrayna-Rusiya müharibəsi barədə açıqlama
247
20:10 / 09 Aprel 2025
Orxan Lökbatanlı kimin üçün darıxıb? — VİDEO
198
20:00 / 09 Aprel 2025
Özbəkistan ABŞ-la yeni saziş imzalayıb
97
19:58 / 09 Aprel 2025
Xələf Xələfov Putinin köməkçisi ilə görüşüb
117
19:36 / 09 Aprel 2025
Nazirin yüksək vəzifə verdiyi xanım kimdir? — FOTO
1089
19:29 / 09 Aprel 2025
BƏƏ rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib
102
19:27 / 09 Aprel 2025
Çin və ABŞ üz-üzə
102
19:17 / 09 Aprel 2025
Pentaqon rəhbəri Çini qlobal hərbi ambisiyalarda ittiham edib
99
19:05 / 09 Aprel 2025
Ukrayna ABŞ üçün yükə çevrilib
104
18:56 / 09 Aprel 2025
Almaniya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.