TƏCİLİ! Məşhur hakim təqaüdə yola salındı
10 Aprel 2025, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86Nigar Fərhadla bağlı qərar verildi
CƏMİYYƏT
1158
01.04.2025, 16:03
01 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Oxu24.com xəbər verir ki, iclasda “Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının 28 mart tarixində saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.
Müzakirələrdən sonra proqramda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərdə etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud şəkildə pozulması aşkar edilib.
Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.
Həmçinin oxuyun
Həmçinin, “Kanal S” MMC-nin rəhbərliyindən aparıcıların “Media haqqında” Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.
Bir sıra sosial şəbəkə istifadəçiləri Audiovizual Şuraya müraciət edərək bəzi televiziya proqramlarının bağlanmasını, hər hansı televiziya kanalının aparıcısının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını tələb edirlər.
Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər.
11:33 / 10 Aprel 2025
TƏCİLİ! Məşhur hakim təqaüdə yola salındı
1
11:25 / 10 Aprel 2025
Ahıl qadın dərəyə yıxılaraq ölüb
8
10:50 / 10 Aprel 2025
AQTA XƏBƏRDARLIQ ETDİ- bu xəstəlik təhlükə törədir
16
10:49 / 10 Aprel 2025
Prezident sərəncam imzaladı
453
10:29 / 10 Aprel 2025
Misirdə binanın uçması nəticəsində doqquz nəfər ölüb
17
10:27 / 10 Aprel 2025
Xanlar Vəliyevin qızına yüksək vəzifə verildi
28
10:12 / 10 Aprel 2025
Əhaliyə XƏBƏRDARLIQ: Bu gündən...
24
10:12 / 10 Aprel 2025
Ayda 70 min qazandıqlarını deyən müğənnilər nə qədər vergi ödəyir? — Araşdırma
26
10:03 / 10 Aprel 2025
Güclü yanğın olub: Yaralananlar var
24
09:59 / 10 Aprel 2025
Müdafiə Nazirliyi açıqlama yayıb
22
09:59 / 10 Aprel 2025
Südün bilinməyən faydaları
26
09:56 / 10 Aprel 2025
Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb
25
09:40 / 10 Aprel 2025
"Tehran nüvə silahı yaratmağa yaxındır"
47
08:29 / 10 Aprel 2025
Yeni dövlət rüsumları müəyyənləşir
37
00:05 / 10 Aprel 2025
Güləşçimiz Avropa çempionu oldu
303
23:55 / 09 Aprel 2025
“O, əsl axmaqdır”
106
23:15 / 09 Aprel 2025
“WhatsApp”da yenilik - İcazə tələb olunacaq
116
22:38 / 09 Aprel 2025
Uzunömürlülük SİRRİ: Xurmanı belə yeyin
129
21:49 / 09 Aprel 2025
Ölkədən çıxışa STOP qoyula bilər
126
21:49 / 09 Aprel 2025
Xanlar Vəliyevin yerinə o gələ bilər - ADLAR
900
21:45 / 09 Aprel 2025
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
114
21:30 / 09 Aprel 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
114
21:10 / 09 Aprel 2025
6 nəfəri it dişlədi
134
20:50 / 09 Aprel 2025
AK Ukraynaya bərpa üçün 9 milyard avro vəd edir
130
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.