Qaynar xətt:

(+99450) 247 90 86

Şəhriyarla Teymur reytinqdə gerilədi

CƏMİYYƏT

114

01.04.2025, 09:14

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. 

Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb. O, sıralamada iki pillə geriləyib. 

Ötən ayla müqayisədə 4 pillə geriləyən Teymur Rəcəbov (2692) isə 39-cudur. 

Rauf Məmmədovun (2657) da reytinqi aşağı düşüb. Ötən ay 67-ci olan qrossmeyster hazırda 69-cudur. 

Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir.

Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cü yeri tutur. Onların hər ikisi ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.