Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə! - Sənəd qəbulu başladı
10 Aprel 2025, 22:49
Qaynar xətt:
(+99450) 247 90 8631 mart Azərbaycanlıların Soyqırımı Günündən 107 il ötür
CƏMİYYƏT
285
31.03.2025, 09:25
Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
Oxu24.com-un məlumatına görə, soyqırım hadisəsindən 107 il ötür.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
Həmçinin oxuyun
1988-ci ildə deportasiya siyasəti davam etdirilib və Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı evlərindən qovulub.
Qeyd edək ki, mart qırğınları ilə bağlı 1919 və 1920-ci ildə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.
Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.
00:30 / 11 Aprel 2025
Tramp Türkiyəyə gedəcək - KİV
57
22:49 / 10 Aprel 2025
Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə! - Sənəd qəbulu başladı
72
22:26 / 10 Aprel 2025
Ən sürətli interneti olan ölkələr - Azərbaycan neçənci sıradadır? - SİYAHI
75
21:52 / 10 Aprel 2025
Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
250
21:48 / 10 Aprel 2025
Zəngə cavab verən kimi kartdan pulunuz OĞURLANA BİLƏR
292
21:43 / 10 Aprel 2025
4 gün komada qalan hamilə qadını həkimlər xilas etdi: Ana və uşaq sağ qaldı
73
21:19 / 10 Aprel 2025
Uşağını meymunla dəyişdirdi
83
20:46 / 10 Aprel 2025
Ət məhsullarında ölümcül bakteriya aşkarlandı - Marketlərdən yığışdırılır
98
20:40 / 10 Aprel 2025
Hollandiya ölkənin nazirliklərindən böyük məlumat sızması barədə məlumat verib
81
20:35 / 10 Aprel 2025
Xaricdə yaşayan bloger istintaqa dəvət edilib
101
20:25 / 10 Aprel 2025
Xanlar Vəliyev haqda nə bilirik?
237
20:22 / 10 Aprel 2025
Lukaşenkodan Rusiya ilə bağlı açıqlama
90
20:18 / 10 Aprel 2025
Uşaqların sayı azalır, ailə qurmaq yaşı isə artır
122
20:03 / 10 Aprel 2025
Lukaşenko idxalı əvəzləmənin gücləndirilməsinin vacibliyini bəyan edib
95
19:45 / 10 Aprel 2025
Üzüm suvaran maşın — Maraqlı video
102
19:37 / 10 Aprel 2025
Polşa Smolensk hava qəzası ilə bağlı araşdırmanı uzadıb
98
19:33 / 10 Aprel 2025
Sənəd qəbuluna start verilib
115
19:24 / 10 Aprel 2025
“Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA
117
19:16 / 10 Aprel 2025
Tramp Çin mallarına rüsumları 145%-ə qaldırıb
105
19:11 / 10 Aprel 2025
Polşa ABŞ-Rusiya münasibətlərində dəyişikliklərə icazə verdi
97
18:57 / 10 Aprel 2025
Yük maşını betona çırpılıb, radar aşıb - FOTO - VİDEO
122
18:52 / 10 Aprel 2025
Ölmək də olmur... — Qəbir yerlərini satanlar pulu kimlərlə bölür?
944
18:38 / 10 Aprel 2025
Britaniya Gürcüstanın baş prokuroruna qarşı sanksiyalar tətbiq edib
105
18:12 / 10 Aprel 2025
Ailənin sonbeşiyi idi,şəhid oldu — Doğum günü olan qəhrəmanımız
707
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.