İlaxır çərşənbə 30 dərəcə isti olacaq
17 Mart 2025, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86İş saatları dəyişdiriləcək? -AÇIQLAMA
CƏMİYYƏT
480
16.03.2025, 19:28
Nəqliyyat sıxlığının azaldılması ilə bağlı iş saatlarının dəyişdirilməsi barədə qərardan iki aya yaxın vaxt keçməsinə baxmayaraq, bununla bağlı addımlar atılmayıb. Ekspertlər bu məsələnin xeyli vaxt aparacağı qənaətindədirlər.
Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi.
Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.
Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.
Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?
"Dövlət qurumları öz işini qurur"
Millət vəkili Vüqar Bayramov "Kaspi" qəzetinə deyib ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: "Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq".
"Qısa müddətdə şahidi olacağıq?"
Millət vəkili deyir ki, proqram həm nəqliyyat sektorunun inkişafı baxımından mühümdür, həm də bütövlükdə Bakı şəhərində tıxacın və sıxlığın aradan qaldırılmasına təkan verəcək: "Proqram bu ildən icra olunmağa başlanıb, iki aya yaxın vaxt keçib. Bu, uzun müddət deyil. Biz növbəti dövrlərdə bu proqram çərçivəsində kifayət qədər əhəmiyyətli və Bakının nəqliyyat infrastrukturuna təsir göstərəcək qaydaları müşahidə edəcəyik. Biz bütövlükdə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsinin qısa müddətdə şahidi olacağıq".
Proqramın məqsədi
Həmçinin oxuyun
Məlumat üçün bildirək ki, proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək. Proqram Bakı şəhərinin Baş Planına (2020–2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.
Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb.
Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.
"Bunun üçün vaxt lazımdır"
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, iş qrafikinin dəyişməsi kompleks yanaşma tələb edir və bunun üçün vaxt lazımdır: "Bu, bir qərarla qısa müddətdə həll olunası məsələ deyil. İş qrafikinin dəyişdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bundan əlavə, bu dəyişiklik işəgötürənlərin rəyi əsasında həyata keçirilə bilər.
Kollektivi çox olan iş yerlərində qrafikin dəyişdirilməsi şəhərdə tıxacların azalmasına səbəb ola bilər. 10-15 nəfərin işlədiyi müəssisələrdə bunu tətbiq etmək mümkün olmayacaq".
"Tıxac yaradan amillər araşdırılmalıdır"
Hüquq müdafiəçisi deyir ki, əvvəlcə əsas tıxac yaradan amillər araşdırılmalıdır: "Əsas tıxac yaradan müəssisələr məktəblər, universitetlərdir. Yay aylarında da insanlar işə gedir, amma nəqliyyatda problemlər qış aylarında olduğu kimi deyil.
Səbəb təhsil müəssisələrinin tətildə olmasıdır. Qərar qəbul olunur, icraçılar hərtərəfli araşdırma aparıb, monitorinqlər keçirdikdən sonra addım atırlar. Bu məsələnin dərhal həll olunması mümkün deyil. Ola bilər ki, bir müddət sonra bu məsələyə qayıdılacaq".
21:40 / 17 Mart 2025
ABŞ-ın imtinası NATO birliyini pozacaq
1
21:32 / 17 Mart 2025
Tanınmış həkim vəfat etdi
53
21:28 / 17 Mart 2025
Zelenski G7 sammitinə dəvət olunub
16
20:40 / 17 Mart 2025
İlaxır çərşənbə 30 dərəcə isti olacaq
32
20:04 / 17 Mart 2025
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
38
19:32 / 17 Mart 2025
Türkiyədə zəlzələ oldu
48
18:48 / 17 Mart 2025
Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi
378
18:44 / 17 Mart 2025
ABŞ Ukraynada davamlı sülhün təmin edilməsi üçün şərt adlandırıb
67
18:42 / 17 Mart 2025
İsveçrədə 31 minə yaxın ukraynalı qaçqın statusunu itirib
72
18:25 / 17 Mart 2025
Fiko: "Slovakiya Ukraynaya bir sent də verməyəcək"
68
18:15 / 17 Mart 2025
İttihamlara cavab verildi
76
18:09 / 17 Mart 2025
Pavel Durov üzərində məhkəmə nəzarəti dayandırılıb
72
17:56 / 17 Mart 2025
Vuçiç FSB və FTB-ni Belqrada dəvət edir
78
17:55 / 17 Mart 2025
Zelenski yeni Baş Qərargah rəisinə tapşırıqlar verib
82
17:26 / 17 Mart 2025
Polislərin maaşı ilə bağlı QƏRAR
884
17:16 / 17 Mart 2025
Norveç İsveçdən raket buraxılması risklərini qiymətləndirir
96
17:13 / 17 Mart 2025
Tailand 60 günlük vizasız rejimi ləğv edəcək
95
16:58 / 17 Mart 2025
Putin Tacikistan prezidenti ilə belə görüşdü - VİDEO
104
16:55 / 17 Mart 2025
Ukrayna bu əraziləri itirmək istəmir
91
16:53 / 17 Mart 2025
Trampın reytinqi rekord həddə çatıb
96
16:35 / 17 Mart 2025
Bu gün İsraillə Azərbaycan arasında mühüm müqavilə bağlanır
564
16:33 / 17 Mart 2025
"Amerikanın Səsi" radiosunda ixtisarlar başlayır
95
16:20 / 17 Mart 2025
Polşa müharibəyə hazır deyil
95
16:20 / 17 Mart 2025
İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
3322
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.