“WhatsApp”da yenilik - İcazə tələb olunacaq
09 Aprel 2025, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86Hansı hallarda tutulan oruc qəbul edilə bilməz? — AÇIQLAMA
CƏMİYYƏT
268
01.03.2025, 22:45
"Bu barədə dəqiq hökm vermək yalnız Allaha məxsusdur. Orucun qəbul olunması üçün təkcə zahiri olaraq ac-susuz qalmaq kifayət etmir, bəzi şəxslərin orucu din baxımından caiz sayılmır. Bu məsələyə dair əsas məqamlar bunlardır:
İmanda şübhəsi olanlar və ya ateistlər: İslam inancına görə, ibadətlərin qəbul olunması üçün iman əsas şərtdir. Allahı və dini inkar edən şəxslərin ibadətləri, o cümlədən orucu qəbul olunmur.
Niyyət etməyənlər: Oruc təkcə aclıq deyil, Allah üçün edilən bir ibadətdir. Əgər bir insan sırf sağlamlıq, vərdiş və ya başqa dünyəvi səbəblərlə oruc tutursa və niyyət etmirsə, bu ibadət sayılmaz".
Oxu24.com xəbər verir ki,bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, İslamda Allaha şərik qoşmaq (şirk) ən böyük günahdır:
"Əgər bir şəxs Allaha ibadət edərkən Onunla yanaşı başqa varlıqlara da tapınırsa, etdiyi ibadətlər, o cümlədən oruc, qəbul olunmur.
Orucu bilərəkdən pozub davam etdirənlər: Əgər bir şəxs bilərəkdən yeyib-içərək və ya cinsi əlaqəyə girərək orucu pozur, sonra heç bir kəffarə ödəmədən və tövbə etmədən oruca davam edirsə, bu halda onun orucu qəbul olunmaz.
Həmçinin oxuyun
Münafiqlər: İslamda münafiqlər, yəni zahirən müsəlman görünüb daxilən inkar edənlər, ən təhlükəli qruplardan sayılır. Onların etdiyi ibadətlər səmimi niyyət olmadığı üçün qəbul olunmaz.
İslamı inkar edərək başqa dinin qaydalarına uyğun oruc tutanlar: Məsələn, bir şəxs İslamın orucunu deyil, sırf başqa bir dinin rituallarına əsasən oruc tutursa, bu, İslamda ibadət sayılmır".
Onun sözlərinə görə orucun qəbul olunması üçün iman, niyyət və ixlas əsas şərtlərdir:
"Kim orucu bu şərtlərə riayət edərək tutursa, onun orucu Allah qatında qəbul olunar. Bu dediklərimiz islam mənbələrə əsaslanır. O ki, qaldı kimsə səmimi inanaraq, savabını və mükafatını Allahdan istəyərək, ümid edərək ki, Allah onun orucunu qəbul edəcək, səmimi yaxşı niyyətlə orucunu tutarsa ola bilər ki, Allah onun orucunu qəbul edər. Həm də qüdsi hədislərdə gəlib ki, Allah deyir ki, qulun bütün əməlləri özünə aiddir, ancaq oruc mənə aiddir və mükafatını mən verəcəm. Bir sözlə bu məsələdə Allahla səmimi olmaq əsas şərtdir".
00:05 / 10 Aprel 2025
Güləşçimiz Avropa çempionu oldu
55
23:55 / 09 Aprel 2025
“O, əsl axmaqdır”
24
23:15 / 09 Aprel 2025
“WhatsApp”da yenilik - İcazə tələb olunacaq
34
22:38 / 09 Aprel 2025
Uzunömürlülük SİRRİ: Xurmanı belə yeyin
40
21:49 / 09 Aprel 2025
Ölkədən çıxışa STOP qoyula bilər
40
21:49 / 09 Aprel 2025
Xanlar Vəliyevin yerinə o gələ bilər - ADLAR
598
21:45 / 09 Aprel 2025
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
40
21:30 / 09 Aprel 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
42
21:10 / 09 Aprel 2025
6 nəfəri it dişlədi
58
20:50 / 09 Aprel 2025
AK Ukraynaya bərpa üçün 9 milyard avro vəd edir
48
20:45 / 09 Aprel 2025
Xankəndidə işləmək üçün işçi axtarılır - VAKANSİYA
170
20:37 / 09 Aprel 2025
Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib
51
20:20 / 09 Aprel 2025
Suriyanın Rusiyadakı səfiri Dəməşqə geri çağırılması ilə bağlı bildiriş alıb
66
20:18 / 09 Aprel 2025
Piyadanı evakuator vurub öldürdü
64
20:16 / 09 Aprel 2025
"Rusiya bir neçə işğal olunmuş ərazini öz ərazisi kimi bəyan edib" — Əliyevdən Ukrayna-Rusiya müharibəsi barədə açıqlama
212
20:10 / 09 Aprel 2025
Orxan Lökbatanlı kimin üçün darıxıb? — VİDEO
171
20:00 / 09 Aprel 2025
Özbəkistan ABŞ-la yeni saziş imzalayıb
74
19:58 / 09 Aprel 2025
Xələf Xələfov Putinin köməkçisi ilə görüşüb
92
19:36 / 09 Aprel 2025
Nazirin yüksək vəzifə verdiyi xanım kimdir? — FOTO
1044
19:29 / 09 Aprel 2025
BƏƏ rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib
78
19:27 / 09 Aprel 2025
Çin və ABŞ üz-üzə
77
19:17 / 09 Aprel 2025
Pentaqon rəhbəri Çini qlobal hərbi ambisiyalarda ittiham edib
74
19:05 / 09 Aprel 2025
Ukrayna ABŞ üçün yükə çevrilib
80
18:56 / 09 Aprel 2025
Almaniya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.