Qaynar xətt:

(+99450) 247 90 86

Ata və oğul faciəli şəkildə öldülər 

CƏMİYYƏT

1126

28.02.2025, 12:10

Fevralın 26-da Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com  xəbər verir ki, Hüsülü kəndi ərazisində “KamAZ” markalı yük maşını ilə iki minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan şəxslərdən 1979-cu il təvəllüdlü Allahverdi İmanov hadisə yerində, onun atası 82 yaşlı Yusif İmanov isə xəstəxanada vəfat edib.

Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(Qafqazinfo)