Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

CƏMİYYƏT

2173

28.02.2025, 10:25

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.

Oxu24.com xəbər verir  ki, bu barədə “Report”a onun oğlu Toğrul Mehdi məlumat verib.

Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültələrini bitirib. 

O, ədəbi fəaliyyətə 1970-ci illərdə başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edilməsində xidmətləri olub.

Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olaraq dövri mətbuatda müntəzəm çıxışlar edib.