Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
07 Aprel 2025, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
2737
26.02.2025, 14:55
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda fəaliyyət göstərən “İdeal” şadlıq evinin fəaliyyətini dayandırıb.
Oxu24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Həmçinin oxuyun
Belə ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur. Obyektdə yanar materiallardan olan bəzək əşyaları mövcuddur. Obyekt odsöndürən balonlarla tam təmin edilməyib. Taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb. Təxliyə planı mövcud deyil. Pilləkən qəfəsində anbar otağı quraşdırılıb. Obyektin pəncərələrinə metal barmaqlıqlar quraşdırılıb. Obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.
16:19 / 07 Aprel 2025
Avropa İttifaqı hesab edir ki, Rusiya ABŞ-ın sülh təşəbbüslərinə hörmət etmir
1
16:11 / 07 Aprel 2025
Avropada qazın qiyməti aşağı düşüb
7
16:01 / 07 Aprel 2025
Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verib
20
15:35 / 07 Aprel 2025
Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
41
15:28 / 07 Aprel 2025
Coxuşaqlı analar daha tez pensiyaya çıxmaq hüququ qazana bilərlər.
32
15:28 / 07 Aprel 2025
Qaz olmayacaq
45
15:12 / 07 Aprel 2025
Parkda meyiti tapılan şəxs kimdir?
616
15:02 / 07 Aprel 2025
Çin ABŞ-ın zəif nöqtəsini vurdu
53
14:59 / 07 Aprel 2025
Sabah 31° isti olacaq
53
14:58 / 07 Aprel 2025
Avropa Rusiya ilə sərhədində “Dron divarının” olmasını istəmir
62
14:37 / 07 Aprel 2025
Yeni rəis o oldu - Foto
65
14:34 / 07 Aprel 2025
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri 95 PUA-nı vurub
60
14:29 / 07 Aprel 2025
Güclü maqnit qasırğası - Ciddi təhlükə barədə XƏBƏRDARLIQ
66
14:28 / 07 Aprel 2025
Hava ilə bağlı açıqlama
57
13:32 / 07 Aprel 2025
Tanınmış qələm sahibindən Mədəniyyət Nazirliyinə çağırış: Hansı ixtiyarla həddinizi aşaraq bu əsərin əhəmiyyətini aşağılayırsınız?!
458
13:14 / 07 Aprel 2025
İran nəhəng dövlətlərlə məsləhətləşir — Moskvada görüş
73
13:07 / 07 Aprel 2025
Xəstə üstünə gedən həkim bıçaqlandı
79
12:39 / 07 Aprel 2025
Almaniyanın ən əhəmiyyətli fond indeksi eniş edir
61
12:26 / 07 Aprel 2025
Doğum günü ərəfəsində dəfn edilən şəhid — Aprel şəhidinin doğum günüdür
445
12:19 / 07 Aprel 2025
Rusiyadan ABŞ-ın rüsumlarına reaksiya
85
11:58 / 07 Aprel 2025
Adekvat cavab tədbirləri görülüb — RƏSMİ AÇIQLAMA
501
11:35 / 07 Aprel 2025
Qarğalar haqda bu məlumatları bilmirdiniz — MARAQLI
143
11:23 / 07 Aprel 2025
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib
88
10:55 / 07 Aprel 2025
Qlobal şirkətlər təhlükədə-Tramp ən böyük fond birjasını "çökdürdü" -
79
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.