Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

263

13.02.2025, 17:28

Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.

Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə. Əliyev 63 və Ə. Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.