Qaynar xətt:

(+99450) 247 90 86

Qobustanda "Hyundai" aşdı- 1 ölü, 1 yaralı

CƏMİYYƏT

152

10.02.2025, 16:59

Bugün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

 Oxu24.com  ın məlumatına görə, nəticədə avtomobildə olan sərnişinlərdən biri ölüb. Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.