Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazilərdə duman var

CƏMİYYƏT

205

03.02.2025, 10:39

Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.