Bakıda şok! Bərbər kosmetoloq adı ilə klinikada işləyir? — FOTOLAR
02 May 2025, 13:31
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
449
31.01.2025, 17:26
Birbank-ın təşəbbüsü və sponsorluğu, “Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə “Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib. 30 yanvar 2025-ci il tarixində layihə tərəfdaşlarını, media nümayəndələrini, təhsil və beynəlxalq ekspertləri bir araya gətirən təqdimat mərasimi baş tutub.
Tədbirdə Birbank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, “Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova, antibullinq üzrə beynəlxalq ekspert Mariya Afonina və digər rəsmi şəxslər iştirak edərək fikirlərini bölüşüblər. Fərqanə Məmmədova çıxışında bildirib ki, “Bullinq təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətimizə təsir göstərən ciddi sosial problemdir. Bu, fiziki və ya emosional təsirlə yanaşı, insanların özünə inamını azaldan və onların gələcək inkişafına mane olan bir davranışdır. Məktəblər isə bir fərdin şəxsiyyət kimi formalaşmasında ən vacib mühitlərdən biridir. Ona görə də təhsil müəssisələrində bu cür mənfi halların qarşısını almaq və profilaktik tədbirlər görmək, maarifləndirmə işləri aparmaq olduqca mühüm vəzifədir”.
Bullinq təhsil mühitində şagirdlərin biri-birinə qarşı fiziki və ya psixoloji təzyiqi, eləcə də təhqir kimi halları əhatə edir. Bu, məktəblərdə şagirdlərdə narahatlıq yaradan, özünə inamı azaldan və onların psixoloji rifahına mənfi təsir göstərən ciddi bir problemdir. Məktəblərdə sağlam, təhlükəsiz və müsbət mühitin yaradılmasını hədəfləyən bu təşəbbüs cəmiyyətdə getdikcə aktuallaşan sosial problemin həlli istiqamətində mühüm addımlardan biridir.
“Dəyişiklik səndən başlayır!”layihəsinin icrasına ilk olaraq 18 nömrəli tam orta məktəbdən başlanılacaq. Bu məqsədlə layihənin təqdimat mərasimində 18 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, Birbank-ın Daxili kommunikasiya və KSM şöbəsinin müdiri Aynur Həsənzadə və “Dərs Evi” Tədris Mərkəzinin icraçı direktoru Nigar Baimova arasında xartiya imzalanıb. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən “Dərs Evi” Tədris Mərkəzinin müəllimləri üçün xüsusi təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən müəllimlər bullinq mövzusunda maarifləndirmə və mübarizə yolları ilə bağlı bilik və bacarıqlarını artıracaqlar. Daha sonra təlim keçmiş müəllimlər ümumtəhsil məktəblərində öz həmkarlarına tədris proqramları təqdim edərək bullinqlə mübarizənin yollarını geniş kütləyə çatdıracaqlar. Layihənin effektivliyi isə məktəblərdə keçiriləcək sorğular və qiymətləndirmələr vasitəsilə izləniləcək.
Qeyd edək ki, Birbank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyətimiz üçün önəmli mövzulara xüsusi diqqət yetirir və mütəmadi olaraq müxtəlif sosial layihələrə dəstək verir. Bullinq kimi dünya miqyasında aktual olan sosial problemə qarşı mübarizə təşəbbüsü bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu layihə ilə yanaşı, bank cəmiyyətin rifahına yönəlmiş müxtəlif təşəbbüsləri dəstəkləməyə də davam edir. Bankın istər təhsilin inkişafı, istərsə də sosial problemlərin həlli istiqamətlərindəki fəaliyyətləri ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, gələcək nəsillər üçün dayanıqlı bir mühit yaratmağa yönəlib.
Həmçinin oxuyun
13:45 / 02 May 2025
Rusiya Ukrayna təyyarəsini vurdu
1
13:31 / 02 May 2025
Bakıda şok! Bərbər kosmetoloq adı ilə klinikada işləyir? — FOTOLAR
99
13:13 / 02 May 2025
Televiziya verilişləri ilə bağlı Ali Məhkəmə qərar qəbul edəcək
96
13:10 / 02 May 2025
“AzInTelecom” “Gcore” şirkəti ilə birgə “AzInCloud” platformasını təqdim edib- VİDEO
18
12:53 / 02 May 2025
Əhaliyə xəbərdarlıq! Mayın 3-dən 4-nə keçən gecə...
180
12:51 / 02 May 2025
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir
16
12:36 / 02 May 2025
Azərbaycan nefti ucuzlaşıb
20
12:22 / 02 May 2025
Bu günə olan valyutaların məzənnəsi
18
12:14 / 02 May 2025
19 yaşlı qızın hamamda meyiti tapıldı
24
11:56 / 02 May 2025
Sürücü və sərnişin avtomobildən çölə düşdü -Qubada qəza - VİDEO
111
11:45 / 02 May 2025
Bu qidalar sizi daha ağıllı edəcək
44
11:31 / 02 May 2025
"ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri
97
11:16 / 02 May 2025
Hər kəs bu sürücüdən danışır - VİDEO
98
10:55 / 02 May 2025
İslamda ən savab əməl nə sayılır?
50
10:47 / 02 May 2025
7-ci sinif şagirdi vəfat etdi - Foto
426
10:40 / 02 May 2025
25-44 yaş aralığında olanlar üçün təhlükə
44
10:25 / 02 May 2025
“TEKNOFEST”də reklam lövhəsi insanların üzərinə aşdı - Video
35
10:10 / 02 May 2025
Tramp onlara xəbərdarlıq etdi
40
10:00 / 02 May 2025
ABŞ Ukraynaya yeni səfir təyin etdi
36
09:45 / 02 May 2025
72 yaşlı süpürgəçi qadını maşın vurub öldürdü
60
09:45 / 02 May 2025
Bu şəxslərin həbs cəzası hesablanmayacaq
50
09:30 / 02 May 2025
"ABŞ tənəzzül riski ilə üz-üzədir"
46
09:15 / 02 May 2025
Lerikə qar yağdı - FOTO
53
09:00 / 02 May 2025
Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı
42
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.