Ağır qəzada ölən sürücü tələbə imiş - FOTO
30 Mart 2025, 02:40
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
610
20.01.2025, 12:02
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.
OXU24.COM-UN xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.
Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Həmçinin oxuyun
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.
Ümumilikdə, Azərbaycanın 150 nəfər 20 Yanvar şəhidi var.
02:40 / 30 Mart 2025
Ağır qəzada ölən sürücü tələbə imiş - FOTO
33
23:55 / 29 Mart 2025
İsrail də kömək göndərəcək
44
23:10 / 29 Mart 2025
Türkiyə Somaliyə xüsusi təyinatlılar göndərir
61
23:06 / 29 Mart 2025
Prezidentin gəlinindən paylaşım — FOTO
1122
23:03 / 29 Mart 2025
Belarus zəlzələdən zərər çəkmiş Myanmaya xilasedicilər göndərib
63
22:59 / 29 Mart 2025
Kanada Rusiyanın şirin sözünü qəbul etmir
63
22:56 / 29 Mart 2025
Pentaqonda kütləvi ixtisarlar
69
22:55 / 29 Mart 2025
Ukrayna kosmik qüvvələri yaradır
63
22:51 / 29 Mart 2025
Mindən çox insan Almaniyada Amerika raketlərinin yerləşdirilməsinə etiraz edir
68
22:40 / 29 Mart 2025
Xocalıda faciə: Ölən var
298
22:37 / 29 Mart 2025
Almaniyanın ada səlahiyyətliləri elandan sonra mer axtarırlar
67
22:35 / 29 Mart 2025
" Ərdoğandan fərqli olaraq İmamoğlu xarizmatik lider deyil" — Politoloq əslində nə baş verdiyini AÇIQLADI
2981
22:34 / 29 Mart 2025
İsrail Qəzzanın cənubunda yeni quru əməliyyatına başlayıb
62
22:18 / 29 Mart 2025
Ukrayna ABŞ-la yerin təki müqaviləsinin şərtlərini dəyişmək istəyir
66
22:11 / 29 Mart 2025
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
62
19:50 / 29 Mart 2025
Böyük Britaniya Ukraynada sülhün bərqərar olmasına əsas maneəni müəyyən edib
94
19:47 / 29 Mart 2025
Ölənlərin sayı 1 600-ü keçib
94
18:47 / 29 Mart 2025
Rusiya kömək göndərdi
95
18:33 / 29 Mart 2025
Malayziya zəlzələdən zərər çəkən Myanmaya yardım edəcək
97
18:27 / 29 Mart 2025
Tələbə faciəli şəkildə öldü — FOTO
1583
18:26 / 29 Mart 2025
Rusiyada aprelin 1-dən qüvvəyə minəcək YENİ QANUNLAR
100
18:19 / 29 Mart 2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
107
18:16 / 29 Mart 2025
Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
106
18:10 / 29 Mart 2025
ABŞ miqrantlarla mübarizənin xərclərini açıqlayıb
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.