Əməkdar jurnalist vəfat etdi - FOTO
01 Aprel 2025, 22:41
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
494
25.12.2024, 10:46
"Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək".
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 2024-cü il 25 dekabr saat 10:00-dan 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır.
Həmçinin oxuyun
“İmtahana buraxılış vərəqəsi” imtahandan 4-5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək.
Məlumat üçün qeyd edək ki, sınaq imtahanında cari imtahan modelinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə esse tipli yazı tapşırıqlarından istifadə olunacaq.
İmtahanda bu il olduğu kimi, bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdim olunacaq.
Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdim ediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse) yazacaqlar.
Ümumi imtahan müddəti 3 saat 30 dəqiqədir. Test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir.
Qeyd: Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2025-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur.
22:41 / 01 Aprel 2025
Əməkdar jurnalist vəfat etdi - FOTO
15
22:19 / 01 Aprel 2025
İlon Mask dünyanın milyarderlər siyahısına başçılıq edir.
46
21:37 / 01 Aprel 2025
İlk dəfə Azərbaycana gəldi
56
21:29 / 01 Aprel 2025
Trampın Səudiyyə Ərəbistanına nə vaxt səfər edəcəyi məlum olub
43
20:42 / 01 Aprel 2025
Avstraliyada fəlakətli daşqın 100 mindən çox mal-qaranı tələf etdi
71
20:40 / 01 Aprel 2025
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
75
20:27 / 01 Aprel 2025
Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatı təqdim edib - SİYAHI
69
20:25 / 01 Aprel 2025
İmişlidə qaz olmayacaq
68
19:44 / 01 Aprel 2025
DİQQƏT! Azərbaycanda bu gündən qadağa qüvvəyə mindi
849
19:08 / 01 Aprel 2025
Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik edib
85
18:55 / 01 Aprel 2025
Avropa Ukraynanın Aİ-yə daxil olma tarixini açıqlayıb
101
18:47 / 01 Aprel 2025
Forbes ən varlı məşhurların adlarını açıqlayıb
82
18:34 / 01 Aprel 2025
Yeni səfir Rusiyada
82
18:31 / 01 Aprel 2025
Tokayev Özbəkistanda keçiriləcək Mərkəzi Asiya-Avropa İttifaqı sammitində iştirak edəcək
83
18:25 / 01 Aprel 2025
Nigar Fərhadın verilişi bağlandı
418
18:21 / 01 Aprel 2025
Abşeronda hündürlükdən yıxılan 65 yaşlı qadın ölüb
109
18:05 / 01 Aprel 2025
Son iki ayda 492 musiqi müəllimi attestasiyadan keçə bilməyib
95
17:53 / 01 Aprel 2025
Bu halda sizə əlavə maaş verilməlidir — Hüquqi yardım
453
17:32 / 01 Aprel 2025
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
99
17:24 / 01 Aprel 2025
Vilayət Eyvazov bu rayona gedir
130
17:21 / 01 Aprel 2025
Rusiyada beşinci qadın milyarder odur
122
17:02 / 01 Aprel 2025
Serbiya və Macarıstan müdafiə sazişi imzalayıb
109
16:58 / 01 Aprel 2025
Tailand zəlzələdən sonra fövqəladə vəziyyət rejimini ləğv edib
109
16:53 / 01 Aprel 2025
Almaniya Litvada qoşun yerləşdirəcək
121
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.