Polad Bülbüloğlu xanımı ilə — FOTO
28 Mart 2025, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
647
23.12.2024, 11:08
Cari il dekabr ayının 21-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında təşkil olunan Olimpiadanın həlledici mərhələsindən öncə açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov komandaları və digər iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Qeyd olunub ki, ölkəmizdə gənclərə hər zaman dəstək göstərilir, bu cür yarışların təşkili də hüquqşünaslıq peşəsinə böyük töhfə olacaqdır. Həmçinin bildirilib ki, Olimpiadaya təşkilati dəstək göstərən “Femida Könüllüləri" Təşkilatı Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə təsis edilib.
Tədbirdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək ölkəmizdə hüquq sahəsində təşkil olunan yarışların əhəmiyyətini vurğulayıb. Sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin qoşulduğunu bildirərək Olimpiadanın nəticələrindən asılı olmayaraq, bütün komanda üzvlərinin sonda mükafatlandırılacağını söyləyib.
Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolu, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradılması barədə danışıb.
Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev və "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli iştirakçılara uğurlar arzulayıb, final müsabiqəsinin reqlamenti və qaydalarını izah ediblər.
Həmçinin Olimpiadada qiymətləndirmə üzrə münsiflər heyəti qismində iştirak edən hakimlər qiymətləndirmə prosesində fəal iştiraklarına görə sertifikatlarla təltif olunublar.
Daha sonra Olimpiadanın final turuna start verilib və hər bir komandaya 3 saat ərzində cavablandırılması üçün konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsi üzrə olmaqla, 3 kazus təqdim edilib.
Final mərhələsində təqdim edilən kazusların qiymətləndirilməsi meyarı düzgün hüquqi əsas və praktikaya, əldə edilmiş həllin konkretliyinə, o cümlədən səmərəliliyinə əsaslanıb.
Eyni zamanda Olimpiadada iştirak edən komandaların kapitanları arasında növbəti yarış keçirilib. Bu yarışda Prezident cənab İlham Əliyevin beynəlxalq və dövlətdaxili fəaliyyətinin müxtəlif aspektləri üzrə tələbələrin ictimai-siyasi və hüquqi biliklərini yoxlamaqla əhatə edilən 20 sual komandaların kapitanlarına təqdim edilib.
Həmçinin oxuyun
Komandalararası yarışda mümkün maksimal bal 130, komanda kapitanlarının yarışı üzrə mümkün maksimal bal isə 20 baldır.
Beləliklə, Olimpiadanın yekun nəticələrinə əsasən, komandalararası yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyası I yer (118 bal), Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası II yer (114 bal) və Dövlət İdarəçilik Akademiyası isə III yerə (113,25 bal) layiq görülüb.
Komanda kapitanları arasında keçirilən yarışın nəticələrinə görə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası I (20 bal), Dövlət İdarəçilik Akademiyası II (12 bal) və Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası ilə Qarabağ Universiteti III (10 bal) olub.
Qeyd edək ki, məqsədi konstitusiya hüququ, cinayət hüququ və mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafı olan Hüquq Olimpiadasının digər turları 30 noyabr və 14 dekabr tarixlərində uğurla təşkil olunub. Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışıb.
23:20 / 28 Mart 2025
ABŞ İranı təhdid edib
22
23:10 / 28 Mart 2025
Polad Bülbüloğlu xanımı ilə — FOTO
331
22:51 / 28 Mart 2025
Qıcıqlandırıcı öskürək zamanı nə etməli?
28
22:43 / 28 Mart 2025
ABŞ bu adaya göz dikib
25
22:35 / 28 Mart 2025
Tramp İranı hədələyib
26
22:16 / 28 Mart 2025
Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda
511
21:58 / 28 Mart 2025
Aİ Ukraynanın kəşfiyyat məlumatlarına çıxışını genişləndirəcək
25
21:49 / 28 Mart 2025
Zakir Həsənovdan təbrik
24
21:48 / 28 Mart 2025
Ağsuda ağır yol qəzasında 8 nəfər xəsarət alıb
34
21:41 / 28 Mart 2025
Zelenski: ABŞ atəşkəs rejiminə əməl olunması ilə bağlı bir sıra ölkələrlə məsləhətləşir
32
21:35 / 28 Mart 2025
Kirkorov Moldovaya girişin qadağan edilməsinə etiraz edir
33
20:56 / 28 Mart 2025
WhatsApp -da yazışmalarımız izlənir? — Yayılan mesajlarla bağlı AÇIQLAMA
366
20:52 / 28 Mart 2025
Günəşdə güclü partlayış baş verib
45
20:49 / 28 Mart 2025
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
48
20:47 / 28 Mart 2025
144 nəfər ölüb, 700 şəxs yaralanıb
44
20:08 / 28 Mart 2025
Doğru cavab neçədir? — İQ testi +DOĞRU CAVAB
445
19:55 / 28 Mart 2025
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
62
19:48 / 28 Mart 2025
Tramp artıq "24 saata" Ukraynada sülhdən danışmır
65
19:38 / 28 Mart 2025
Kanadalı xokkeyçi Gretzkinin rekordunu qırdı
57
18:25 / 28 Mart 2025
Türkiyəni nə gözləyir? — Ərdoğan və İmamoğlu mübarizəsinin pərdəarxası — Politoloq Məhəmməd Əsədullazadənin ŞƏRHİ
2188
17:49 / 28 Mart 2025
Ukrayna və Rusiya meyitləri qaytardılar
86
17:31 / 28 Mart 2025
Azərbaycanda məşhur professor vəfat etdi
507
17:26 / 28 Mart 2025
Sərnişin stüardessaları dişlədi
82
17:19 / 28 Mart 2025
İspaniya hakimiyyəti ABŞ-ı Aİ ilə danışıqlara çağırır
88
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.