Polad Bülbüloğlu xanımı ilə — FOTO
28 Mart 2025, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
4085
05.12.2024, 12:22
“Space” televiziyasında son günlər ciddi maliyyə problemləri yaşanır.Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır.
Oxu24.com saytının əldə etdiyi məlumata görə,ciddi maliyyə böhranı ilə üzləşən telekanal kütləvi şəkildə əməkdaşlarını ixtisara salır. Əvvəllər 300-dən çox əməkdaşı olan kanalın hazırda cəmi 60-70 nəfər işçisi qalıb. İşdən çıxarılanlar sürücülər,müxbirlər, montajorlar,rejissorlar, operatorlar və digər texniki işçilərdir.
Bəs “Space” televiziyasında nə baş verir? Kanalın belə çöküşünün səbəbi nədir?
Oxu24.com-un müxbirinin araşdırması zamanı bir sıra digər faktlar da ortaya çıxıb. Məlum olub ki,telekanalda maliyyə problemləri üzündən 4 aya yaxındır ki, işçilərin əməkhaqları ödənilmir. Bu səbəbdən də maaşlarını ala bilməyən işçilər telekanaldan dəfələrlə rəsmi qurumlara şikayətlər ediblər.
Kanalın adının çəkilməsini istəməyən xanım əməkdaşının müxbirimizə verdiyi məlumata görə, işçilər ya məcburi şəkildə işdən ərizə yazdırılıb çıxarılır, ya da məzuniyyətə göndərilir və geri qaytarılmırlar. Hətta son vaxtlarda maaşların gecikdirilməsinə görə telekanal bir neçə dəfə Dövlət Əmək Müfəttişliyi tərəfindən cərimələnib.
(Fotoda jurnalist Zamirə Dadaşova)
Qeyd edək ki,bir müddət öncə kanalın əməkdaşı Zamirə Dadaşova qanunsuz olaraq işdən çıxarıldığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda qərar verilmişdi.
Z. Dadaşovanın vəkili Sadiq Rəsulov müvəkkilinin işə bərpa edilməsi və işləmədiyi dövrə görə əməkhaqqının ödənilməsini tələb edib.İddia tam təmin edilib.
Bundan əvvəl isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Space” telekanalının prezidenti Vado Korovini 1700 manat cərimə edib. V. Korovin qərardan şikayət versə də, məhkəmə təmin etməyib. Məhkəmə belə qənaətə gəlib ki, Z.Dadaşova ilə bağlanmış əmək müqaviləsində iş saatları düzgün müəyyən edilməyib.
“Space”in maşınları hara yoxa çıxıb?
Telekanalın problemləri bununla bitmir. İddiaya görə ciddi avtomobil problemi yaşayan əməkdaşlar çəkilişlərə yük maşınlarında getməyə məcbur qalırlar.
Əldə etdiyimiz məlumata görə,dünəndən etibarən sürücülərin də işdən çıxarılmasına başlanılıb. 20-dən artıq sürücüsü olan telekanalın hazırda 6-7 nəfər əməkdaşı işdə qalıb.Adının çəkilməsini istəməyən işdən çıxarılan sürücü bildirib ki,kanalda maşınlar olmadığı üçün çəkilişə şəxsi avtomobilləri ilə gedirdilər.”Maşınların yarısı orda-burda,yarısı da 1 ildir ki, təmirdə yatır”,-deyə keçmiş əməkdaş bildirib.
Qeyd olunan ciddi maliyyə böhranı səbəbindən kanalda fəaliyyət göstərən tanınmış aparıcılar da bir-bir kanalı tərk edir.Bir müddət əvvəl İlham Mirzəyev “Space”dən ayrılaraq digər kanala keçib. Əldə etdiyimiz məlumata görə, aparıcılar İlhamə Bədəlova, Azər Axşam da bu yaxınlarda kanalı tərk edəcək.
Qeyd edək ki,reytinqli layihələr də Space TV-də yayımını dayandırıb.Yeni mövsümdə kanal rəhbərliyi sosial layihələrdən,bəzi musiqi verilişlərindən imtina etmişdi. Hazırda kanalda Azər Axşam,Amil Xəlil,Elman Bakuvi rəsmi müqavilə əsasında aparıcı kimi çalışırlar .İddialara görə,digər aparıcılar kanalda prodakşın və yaxud ödənişsiz olaraq fəaliiyət göstərirlər.Bu mövsümdə adətən müğənnilərə pulsuz efir vaxtları verilib.
Ciddi problemlər yaşadığı kanalı “Namus” serialı da tərk edir. Serialın yeni ildən etibarən “ARB” kanalında yayımlanacağı gözlənilir.Serialın hansı səbəbdən "SPACE" kanalını tərk edib,ARB-yə keçməsinin səbəbi məlum deyil.
Həmçinin oxuyun
Oxu24.com iddialarla bağlı “Space” TV-nin Xəbərlər Departamentinin baş redaktoru Elman Bakuvi ilə əlaqə saxlayıb. Onun sözlərinə görə,hazırda xəbərlər departemində heç bir problem yaşanmır.
Elman Bakuvi
“Bizim departamentdə heç bir ixtisar yoxdur. Əməkdaşlar da əməkhaqlarını vaxtında alırlar”,-deyə E.Bakuvi bildirib.
Amil Xəlil
Kanalın aparıcısı olan jurnalist Amil Xəlillə də əlaqə saxladıq. O, müxbirimizin sualına “çəkilişdəyəm,sonra danışarıq” ,- deyə dəstəyi asıb.
Televiziyadan ayrılan rejissor İsbendiyar Məcidoğlu saytımıza açıqlamasında kanalda maliyyə problemlərinin olduğunu təsdiqləyib.
“Mənim kanalın rəhbəri Vado müəllimlə çox gözəl münasibətlərim var idi. Özü də çox səmimi insandır.Sadəcə kanalda maliyyə problemləri yaşanır. Ona görə bizi işdən çıxardılar. Başqa problemim olmayıb”,- deyə kanalın keçmiş əməkdaşı bildirib.
Telekanalın işdən çıxarılan digər əməkdaşı bu məsələdə adının hallanmasının istəmədyini bildirib.
“Dediklərinizin hamısı doğrudur.Sadəcə mənim adımın bu məsələdə hallanmasını istəmirəm”,-deyə xanım əməkdaş saytımıza açıqlamsında bildirib.
Məsələ ilə bağlı “Space” TV-nin mətbuat xidməti və digər məsul şəxslərlə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, Space TV-nin rəhbəri Vado Karovindir. O, bu vəzifəyə 2023-cü ilin fevralında təyin olunub.
Müəllif: Nigarxanım
23:20 / 28 Mart 2025
ABŞ İranı təhdid edib
22
23:10 / 28 Mart 2025
Polad Bülbüloğlu xanımı ilə — FOTO
331
22:51 / 28 Mart 2025
Qıcıqlandırıcı öskürək zamanı nə etməli?
28
22:43 / 28 Mart 2025
ABŞ bu adaya göz dikib
25
22:35 / 28 Mart 2025
Tramp İranı hədələyib
26
22:16 / 28 Mart 2025
Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda
511
21:58 / 28 Mart 2025
Aİ Ukraynanın kəşfiyyat məlumatlarına çıxışını genişləndirəcək
25
21:49 / 28 Mart 2025
Zakir Həsənovdan təbrik
24
21:48 / 28 Mart 2025
Ağsuda ağır yol qəzasında 8 nəfər xəsarət alıb
34
21:41 / 28 Mart 2025
Zelenski: ABŞ atəşkəs rejiminə əməl olunması ilə bağlı bir sıra ölkələrlə məsləhətləşir
32
21:35 / 28 Mart 2025
Kirkorov Moldovaya girişin qadağan edilməsinə etiraz edir
33
20:56 / 28 Mart 2025
WhatsApp -da yazışmalarımız izlənir? — Yayılan mesajlarla bağlı AÇIQLAMA
366
20:52 / 28 Mart 2025
Günəşdə güclü partlayış baş verib
45
20:49 / 28 Mart 2025
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
48
20:47 / 28 Mart 2025
144 nəfər ölüb, 700 şəxs yaralanıb
44
20:08 / 28 Mart 2025
Doğru cavab neçədir? — İQ testi +DOĞRU CAVAB
445
19:55 / 28 Mart 2025
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
62
19:48 / 28 Mart 2025
Tramp artıq "24 saata" Ukraynada sülhdən danışmır
65
19:38 / 28 Mart 2025
Kanadalı xokkeyçi Gretzkinin rekordunu qırdı
57
18:25 / 28 Mart 2025
Türkiyəni nə gözləyir? — Ərdoğan və İmamoğlu mübarizəsinin pərdəarxası — Politoloq Məhəmməd Əsədullazadənin ŞƏRHİ
2188
17:49 / 28 Mart 2025
Ukrayna və Rusiya meyitləri qaytardılar
86
17:31 / 28 Mart 2025
Azərbaycanda məşhur professor vəfat etdi
507
17:26 / 28 Mart 2025
Sərnişin stüardessaları dişlədi
82
17:19 / 28 Mart 2025
İspaniya hakimiyyəti ABŞ-ı Aİ ilə danışıqlara çağırır
88
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.