Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
02 Sentyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
295
07.11.2024, 15:08
Ölkənin birinci bankı Kapital Bank Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Bu mövzuda 5 noyabr 2024-cü il tarixində bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
Memorandum bankın dayanıqlı inkişaf istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasına və bankın uzunmüddətli strategiyasının qlobal standartlara uyğun şəkildə inkişaf etdirilməsinə şərait yaradacaq.
Bu haqda Fərid Hüseynov çıxışında qeyd edib.
“Kapital Bank hər zaman insan hüquqlarının müdafiəsi, əmək standarlarının qorunması, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə prinsiplərini öz fəaliyyətində əsas hesab edib. Bu gün imzaladığımız memorandumla biz bu prinsiplərə bağlı olduğumuzu rəsmi olaraq da təsdiq edirik. Bizim üçün BMT-nin Qlobal Saziş şəbəkəsinə qoşulmaq yalnız bir öhdəlik deyil, həm də gündəlik fəaliyyətimizdə yaşatdığımız dəyərləri daha da möhkəmləndirmək məqsədi daşıyır”.
Samir Məmmədov isə çıxışında Kapital Bank-ın qlobal təşəbbüslərdə iştirakını olduqca yüksək qiymətləndirib.
“Kapital Bank-ın bu prosesdə liderliyi həm ölkəmizdə, həm də beynəlxalq arenada dayanıqlı və məsuliyyətli bankçılıq standartlarının təbliğinə böyük töhfə verəcək. Bankınız bu əməkdaşlıqla beynəlxalq dəyərlərə və məsuliyyətli iş prinsiplərinə sadiqliyini təsdiqləyir. Eyni zamanda bu addım Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün olduqca vacibdir”.
Yaşıl dünya naminə həmrəylik ili və COP 29 iqlim konfransı ərəfəsində baş tutan bu əməkdaşlıq həm milli, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bankın rəqəmsallaşma, yaşıl bankçılıq, təhsilə dəstək və sosial məsuliyyət sahələrində daha genişmiqyaslı layihələr həyata keçirməsinə imkan yaradacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
20:24 / 02 Sentyabr 2026
8
20:14 / 02 Sentyabr 2026
24
20:03 / 02 Sentyabr 2026
38
19:53 / 02 Sentyabr 2026
47
19:43 / 02 Sentyabr 2026
59
19:29 / 02 Sentyabr 2026
58
19:03 / 02 Sentyabr 2026
75
18:51 / 02 Sentyabr 2026
77
18:34 / 02 Sentyabr 2026
62
18:30 / 02 Sentyabr 2026
78
18:20 / 02 Sentyabr 2026
67
18:10 / 02 Sentyabr 2026
75
18:00 / 02 Sentyabr 2026
79
17:55 / 02 Sentyabr 2026
103
17:45 / 02 Sentyabr 2026
91
17:35 / 02 Sentyabr 2026
74
17:25 / 02 Sentyabr 2026
79
17:15 / 02 Sentyabr 2026
77
17:07 / 02 Sentyabr 2026
96
17:05 / 02 Sentyabr 2026
84
16:59 / 02 Sentyabr 2026
411
16:52 / 02 Sentyabr 2026
82
16:45 / 02 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.