Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.
Oxu24.com xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Əlavə məlumat veriləcək.
İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR