Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10934
az

Afətin mahnısına oynadıqlarına görə işdən çıxarılan işçilər danışdı

09:3515 Mart, 2019
1112
CƏMİYYƏT
  • A
 
Müğənni Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb.

Şəkidə Afət Fərmanqızının mahnısına video çəkən tibb bacıları işdən qovulub. Bu barədə tanınmış produser və aparıcı Tarix Əliyev məlumat verib. O, işdən çıxarılan tibb bacısı ilə əlaqə saxlayaraq baş verən hadisə haqqında ətraflı məlumat əldə edib.

Tibb bacısı baş verən hadisəni təsdiq edərək Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin onları otağına çağıraraq işdən azad olunduqlarını deyib:

"Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov bizi-otağına çağıraraq sosial şəbəkədə yayılan görüntünün kim tərəfindən çəkildiyini soruşdu. Onu bütün ölkədə biabır etdiyimizi dedi. O bizə ya könüllü işdən azad olunmağımızı ya da rəhbərlik tərəfindən işdən azad olunaraq bir daha heç yerdə işləyə bilməyəcəyimizi dedi".

Ailə vəziyyətinin pis olduğunu deyən tibb bacısı ata və anasının onun maaşı ilə dolandığını da qeyd edib: "Valideynlərim yaşlı adamdı. Onlar mənim maaşım ilə dolanərdı. İndi 5 tibb bacısı işsiz qalmışıq".

Qeyd edk ki, bir müddət əvvəl sosial şəbəkədə tibb bacılarını Afət Fərmanqızının mahnısı sədaları altında rəqs etdiyi görüntülər yayılmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...