Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107458
az

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı

12:4030 Aprel, 2024
51
CƏMİYYƏT
  • A

Vətəndaşların müraciəti əsasında Cəlilabad rayonu, Göytəpə şəhərində fəaliyyət göstərən “Kamal” kafesində yoxlama aparılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agenliyindən məlumat verilib.

Qeyd edilib ki, yoxlama zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qida emalı sahəsinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərdə təmizlik işlərinin aparılmadığı, obliqat qrupuna daxil olan işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib. Eyni zamanda kafenin qida emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Faciəli şəkildə ölən şəxs tələbə imiş
Rubl və dollar neçəyədir? - MƏZƏNNƏ