Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107118
az

Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı: Rozoela, yoxsa...

19:2525 Aprel, 2024
49
CƏMİYYƏT
  • A

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. 

Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?

Məsələ ilə bağlı pediatr Elşən Tağıyev bildirib ki, hazırda uşaqlar arasında yayılan xəstəlik rozoela yox, “streptokokk A” infeksiyasıdır.

Onun sözlərinə görə, bu virus yüksək temperatur, səpkilər və boğaz ağrısı ilə özünü biruzə verir:

"Demək olar ki, hər gün bir uşağa bu xəstəliyin diaqnozunu qoyuruq. Bu “streptokokk A” infeksiyası özlüyündə təhlükəli infeksiya olmasa da, uzun müddətdən sonra ağırlaşa bilər. Ona görə də bu xəstəliyi vaxtında müalicə etmək lazımdır. Digər tərəfdən hazırda rotavirusların mövsümüdür. Bu virusun əlamətləri yüksək temperatur, ishal və qusmadır. Bu infeksiya azyaşlılar üçün daha təhlükəlidir".

Bəs, rozoela xəstəliyinin əlamətləri nələrdir?

Mövzu ilə bağlı pediatr Qoşqar İsmayılov saytımıza açıqlamasında bildirib ki, rozeola xüsusi virus tərəfindən törədilən kəskin virus uşaq infeksiyasıdır:

"Özünü başqa simptomlar olmadan, üç günlük qızdırma ilə büruzə verir. Temperatur normallaşdıqdan sonra qızılcaya bənzər səpkilər yaranır. Rozeola 6-cı tip herpes virusu tərəfindən törədilir və adətən 6 aydan 3-4 yaşadək uşaqlarda təsadüf edilir. Bu infeksiyaya daha çox bir yaşa qədər uşaqlar yoluxurlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...