Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107041
az

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI

09:5825 Aprel, 2024
71
CƏMİYYƏT
  • A

İnsanların əksəriyyətinin ən çox əziyyət çəkdiyi məqamlardan biri də saxta məhsullardır. Dünya statistikasına nəzər yetirsək, daha çox saxta siqaretlərin idxal olunduğunmu görərik.

Maraqlıdır, görəsən, saxta siqaretlər insan orqanizminə necə təsir edir?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, istər kustar üsulla hazırlanmış, istərsə də adi siqaretlər olsun fərqi yoxdur, bütün tütün məmulatları insan orqanizminə zərərlidir:

"Tütün tüstüsündə qətrana bənzəyən maddələr var. Əsas xərçəng törədən maddələr də elə bunlardır. Yəni siqaret tüstüsü ziyanlıdır deyə, onun hansı şəraitdə hazırlanmasından asılı olmayaraq hər biri insan orqanizmi üçün təhlükəlidir. Siqaret çəkən insanlarda xərçəng riski 20 dəfə daha çoxdur".

Bəs, saxta siqareti necə ayırd edə bilərik?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycanda 10 il bundan əvvəl tütün və tütün məmulatları haqqında qanun qəbul edilib:

"Bundan sonra qanunda dəfələrlə dəyişikliklər aparılıb. Təbii ki, bu dəyişikliklər insanların xeyrinə olub. Belə ki, siqaretlərin tək-tək, eləcə də məktəb və sağlamlıq müəssisələri yaxınlığında satışı qadağan olunmuşdu. Lakin bir çox qanunlar kimi bu qanun da ayaq altına atılıb. Siqaretlərin tək-tək satışı bu gün də davam edir. Hələ bu az imiş kimi bazara "vape" adlanan elektron siqaretlər də daxil olub. Bu məhsulların istifadəsi guya siqareti tərgitmək üçün nəzərdə tutulub. Lakin istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın verdiyi məlumata görə, bunların heç biri siqareti tərgitməyə kömək etmir. Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin, "vape"lərin sayı həddindən çoxdur. Əlbəttə ki, siqaretin bütün növləri zərərlidir. Lakin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin istifadəsi çox təhlükəlidir".

O, fikirlərinə davam edərək həmçinin bildirib ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, marketə girəndə insanı birinci siqaretlər qarşılayır:

"Dünyanın bir çox ölkələrində siqaretlər mağazalarda satılmır. Təbii ki, bu yolverilməzdir. Qaçaqmalçılıq yolu ilə gətirilən siqaretin aksizi olmur və ya üzərində saxta aksiz markası olur. Təəssüflər olsun ki, siqaretin istifadəsinə qarşı kifayət qədər tədbirlər keçirilmir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil