Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106324
az

Havaların isinməsi ilə ilansancma halları artıb - VİDEO

00:1217 Aprel, 2024
134
CƏMİYYƏT
  • A

Havaların günü-gündən isinməsi ilansancma zamanı ilk yardım məsələsini aktuallaşdırır. Bəs ilan sancan adama ilkin tibbi yardım necə və hansı formada edilməlidir?

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, həkim Aydın Əliyev bildirib ki, ilan sancması zamanı dəridə qızartı əmələ gəlir, şişir, göyərməyə başlayır. Bu zaman insanların yanlış müdaxilə etməsi isə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

İlan sancması zamanı yaranı kəsmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələrlə sürtmək tövsiyə edilmir. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər.

Həmçinin, ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Bundan sonra dərhal həkim çağırılmalı və ya həkimə aparılmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL